Kim Çen nüvə qalxanı və qılıncını gücləndirməyi əmr etdi
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şimali Koreya lideri Kim Çen In bütün resursların suverenlik və təhlükəsizliyi qorumaq üçün “nüvə qalxanı və qılıncını gücləndirmək” üçün ölkənin nüvə proqramını dəstəkləmək üçün yönəldilməsini əmr edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” Şimali Koreya dövlət mediasına istinadən məlumat yayıb .
Sentyabrın 26-da Şimali Koreyanın nüvə tədqiqat institutlarının rəsmiləri və aparıcı alimləri ilə görüşdə diktator nüvə potensialının inkişaf etdirilməsinin ölkənin “əsas prioriteti” olduğunu bəyan edib.
"Yoldaş Kim Çen In bəyan edib ki, biz milli suverenliyi, təhlükəsizliyi və maraqları, eləcə də inkişaf hüququnu etibarlı şəkildə təmin edə biləcək nüvə qalxanı və qılıncını daim təkmilləşdirməli və yeniləməliyik", - KXDR-in dövlət mediası yazır .
Xəbər verdiyimiz kimi, Şimali Koreya lideri Kim Çen In ölkənin güclü məxfi silah hazırladığını iddia edir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 27 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















