Kim Çenin bacısı Yaponiyanı hədələdi
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon Yaponiyanı hərbi ekspansiyaya cəhd edəcəyi təqdirdə dərhal və məhvedici zərbə ilə hədələyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
“Yaponiya yanlış seçim etməyə cəhd göstərərsə, bu dəfə dərhal endiriləcək və sağ qalmağın mümkün olmayacağı dağıdıcı zərbənin hədəfinə çevriləcək”, – o bildirib.
Kim Yo Çjonun sözlərinə görə, Şimali Koreya Yaponiyanın “hərbi ekspansiya” cəhdlərini Asiya-Sakit okean regionunda qüvvələr balansının pozulmasına səbəb ola biləcək potensial və uzunmüddətli təhlükə hesab edərək onları ciddi şəkildə izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 19 Avqust 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















