Rusiya XİN Yaponiyanı hədələdi
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Xarici İşlər Nazirliyi Yaponiyaya Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinə görə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə XİN sözçüsü Mariya Zaxarova danışıb.
Onun sözlərinə görə, Yaponiya ilə Aİ arasında strateji tərəfdaşlıq haqqında saziş regionda gərginliyin səviyyəsini artırmasına səbəb olacaq.
"Biz gərginliyin səviyyəsinin artırılmasından, Asiya-Sakit okean regionunda silahlanma yarışının stimullaşdırılmasından danışırıq. Bu, müdafiə strategiyamızda nəzərə alınacaq və qaçılmaz olaraq adekvat cavab tədbirlərinin qəbuluna gətirib çıxaracaq", - Zaxarova bildirib.
O, əlavə edib ki, Moskva Tokionun Qərbi Avropa ölkələri və NATO üzvü olan ölkələrlə əlaqələrinin möhkəmlənməsini diqqətlə izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Yanvar 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















