Icma.az
close
up
RU
“Kim dedi ki, Allah məni lənətləyib?” Paşinyan

“Kim dedi ki, Allah məni lənətləyib?” Paşinyan

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan hakimiyyəti kilsəyə qarşı deyil, onun adından çıxış edir.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə günü mətbuat konfransında deyib.

O, hakimiyyətin Erməni Apostol Kilsəsinə (EAK) qarşı kampaniya aparması ilə bağlı deyilənləri qəbul etmir. “Mən kilsəyə qarşı kampaniyaya başlaya bilmərəm, çünki mənim və ailəm üçün EAK ziyarətgahdır. İndi bizim gördüyümüz iş Kilsənin xeyrinədir, əks halda kilsə daxilində baş verən dağıdıcı proseslər bizi vecinə almazdı”, - deyə Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısının sözlərinə görə, əgər insan özünü EAK-ın sadiq davamçısı hesab edirsə, deməli, “Kilsənin süqutunu” laqeyd şəkildə izləyə bilməz.

"Katolikosun iqamətgahını necə azad etməyi" planlaşdırdığını soruşduqda, Paşinyan: "Eynilə 2018-ci ildə Ermənistan Serj Sarkisyandan azad edildiyi kimi", - deyə cavab verib.

Baş nazir Kilsəyə qarşı hərəkətlərin onun anatematizasiyasına səbəb olacağı ilə bağlı fikirlərə də münasibət bildirib. “Allahın məni lənətlədiyi məlumatını haradan almısan?Yoxsa o, Allahın evini murdarlayanları söyür və ya qarğıyır?” – deyə Paşinyan bildirib. Kilsə və Katolikos əleyhinə hərəkətlərində Konstitusiyanın hansı maddəsini rəhbər tutduğu ilə bağlı suala cavabında Paşinyan vurğulayıb ki, o, ilk növbədə Erməni Apostol Kilsəsinin davamçısı kimi çıxış edir.

“İndi bu, mənim həm də baş nazir olmağımla üst-üstə düşür. İndi biri digərindən ayrılmazdır. Amma mən Kilsə ziyarətgah olduğu EAK-ın davamçısı kimi çıxış edirəm”, - deyə Baş nazir qeyd edib. Onun fikrincə, Eçmiədzinin Ana taxtı əxlaqi-mənəvi dəyərlər mərkəzi olmalıdır.

Bu mərkəzin “mənəviyyatdan məhrum olduğu, ziyarətgahların murdarlandığı” bir şəraitdə hakimiyyətin başlatdığı aksiyalardan imtina etməsi, Paşinyanın fikrincə, “əxlaq və mənəvi dəyərlərin özündən imtina” kimi qəbul edilə bilər. Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdə son dərəcə sərt açıqlamalar verdiyi və ali ruhanilərin ünvanına ittihamlar səsləndirdiyi yazılarından sonra kəskinləşib.

Daha sonra o, bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini təklif edərək, bu prosesdə dövlətin həlledici rolunun möhkəmləndirilməsini əsas gətirib.

Bundan əlavə, Paşinyan Eçmiədzinin Ana Taxtının “azad edilməsinə” şəxsən rəhbərlik etməyə hazır olduğunu bəyan edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri