Kim deyir ki, Allah məni lənətləyib? Paşinyan II Qaregini necə devirəcəyini açıqladı
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Ermənistanın Baş nazir Nikol Paşinyan çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan hakimiyyəti kilsəyə qarşı deyil, onun adı uğrunda hərəkət edir.
Turkustan.az xəbər verir ki, Paşinyan Erməni Apostol Kilsəsinə qarşı kampaniya apardığını təkzib edib.
"Mən Kilsəyə qarşı kampaniyaya başlaya bilmərəm, çünki mənim və ailəm üçün kilsə müqəddəs yerdir. Bizim indi gördüyümüz iş kilsə naminədir, əks halda kilsə daxilində baş verən dağıdıcı prosesləri vecimizə almazdıq", - Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısının sözlərinə görə, əgər şəxs özünü kilsənin sadiq davamçısı hesab edirsə, o zaman “kilsənin süqutunu” laqeyd şəkildə izləyə bilməz.
"Katolikosun iqamətgahını necə azad etməyi" planlaşdırdığını soruşduqda, Paşinyan cavab verib ki, 2018-ci ildə Ermənistan Serj Sarkisyandan "azad ediləndə" olduğu kimi.
Baş nazir Kilsəyə qarşı hərəkətlərin onun məhvinə gətirib çıxaracağı fikrinə də münasibət bildirib.
"Bu məlumat haradan gəlir ki, Allah məni lənətləyib? Yoxsa o, Allah evini murdarlayanlar lənətləyib və ya lənətləyir?", - Paşinyan bildirib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 İyul 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















