Icma.az
close
up
RU
Kim kimə?..

Kim kimə?..

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəhərimizdəki işıqforsuz piyada keçidlərindən istifadə edənlərdən biri kimi son vaxtadək hər dəfə o xətlərin üzərində dəli bir ağlamaq keçirdi könlümdən. Soruşsaydınız ki, nə üçün? Deyərdim ki, sürücülərə- qayda-qanunlardan, cərimələrdən xəbərsiz sürücülərin gününə ağlamaq istəyirdim. Deyirdim, İlahi-pərvərdigar, bu sürücülər nə vaxt qayda-qanuna riayət edəcəklər. Bu sürücülər, əlbəttə, hamısı deyil, lakin əksəriyyəti bu maşınları nə vaxt adam kimi sürəcəklər.

İndi isə elə o xətlərin üzərində gülməyə başlamışam. Desəniz ki, nəyə gülürsən? Deyərəm ki, özümə gülürəm. Nə üçün gülürəm, bilirsiniz, keçiddə xəttin üzərində dayanıb sürücüyə yol verdiyim üçün. Onun da məsuliyyətsizcəsinə məni gözlətməsinə gülürəm. Sürücü bir az kənardan görür ki, biz piyada keçidinin düz ortasındayıq, daha da sürətini artırır ki, qarşımızdan keçsin. Biz də qalırıq düz yolun ortasında ki, sürücü bəy, sürücü xanım keçsin, biz sonra yola davam edək.

Məktəbin qarşısı, ictimai yaşayış binasının önü və sair, hara olursa-olsun, bəzi sürücülər üçün heç əhəmiyyəti yoxdur, bizi gözlədib özləri keçəcəklər. Əslində biz onlardan qabağa düşə bilərik. Lakin bu sonuncu keçidimiz olar. Bizi asfalta elə yapışdırarlar ki, tikəmızi yerdən qoparmaq olmaz.

Biz hüquqlarımızı bilirik. Bilirik ki, piyada keçidinə yaxın avtomobili idarə edən sürəti azaltmalı, dayanıb piyadanın keçməsini gözləməlidir.

“Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin I hissəsində də deyilir ki, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Sürücünün piyadaya yol verməli olduğu xüsusi bir hal isə adı çəkilən qanunun 75-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulur: sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Bu normadan göründüyü kimi, yolayrıcında dönən sürücü hətta döndüyü yolda piyada keçidi olmasa da, piyadaya yol verməlidir.

“İnzibati Xətalar Məcəlləsi”nin 330-cu maddəsinə əsasən isə həm nizamlanmayan piyada keçidlərində, həm də sağa və sola dönən zaman piyadaya yol verilməməsi 50 manat cərimə olaraq qiymətləndirilir.

Bu qaydalardan və cərimələrdən piyadaların xəbərsiz olanı olar ki, sürücülər deyillər. Bəs belə isə nə üçün bilmək istəmirlər ki, kim kimi gözləməli, kim kimə yol verməlidir? Əksinə, piyada keçidinin ortasında maşını üzərimizə sürür, əsla dayanmaq fikirləri yoxdur. Və yaxud da ki, “qarşıdan qəflətən adam çıxar” fikrini ağıllarına belə gətirmirlər?

Sürücülər bu barədə düşünmədikcə, biz hələ ağ xətt üzərində çox qara düşüncələrə dalacaq, ya ağlayacaq, ya da güləcəyik. Öz yolumuzda sürücülərə yol verməyimiz çox gülməli deyilmi?..

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri