Icma.az
close
up
RU
“Kimberli Sxemi”nə qoşulma nə vəd edir?

“Kimberli Sxemi”nə qoşulma nə vəd edir?

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Emal edilməmiş almazın idxal, ixracı, dövriyyəsi və saxlanılmasında yeni nəzarət sxemi tətbiq olunacaq

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması üçün təkliflər hazırlanacaq. Verilmiş tapşırığa əsasən, emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.

Dünyada hər il müxtəlif gizli sxemlər üzrə brilyant, almaz və digər qiymətli metalların ticarətinə rast gəlinir ki, bu da qlobal emal-sənaye təchizatının zəncirinə ciddi zərərlər vurur. Bu məsələ qlobal icmanı, o cümlədən BMT-ni də dərindən narahat etdiyindən almazın qanunsuz ticarətinin qarşısını almaq üçün idxal-ixrac-istehsal-emal proseslərinin müxtəlif sxemlərini hazırlayaraq tətbiq edib. Problemin qarşısının alınması üçün beynəlxalq səviyyədə yeni mexanizmlərdən biri olaraq Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi (KPCS) daha effektiv strategiya kimi qəbul edilib. Bu təsisat Cənubi Afrikanın almaz paytaxtı sayılan Kimberlinin şərəfinə adlandırılıb.

90-a yaxın ölkə KPCS-yə qoşulub

BMT 2003-cü ildə Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemini təsdiqlənmiş qlobal proqram kimi dünya ölkələrinə tövsiyə edib. Sxem səmərəli nəzarət alətlərindən biri kimi diqqəti cəlb etdiyindən bir çox ölkələr KPCS-i dəstəkləyib. Hazırda 90-a yaxın ölkə bu prosesə qoşulub. Həmin ölkələr öhdəlik götürərək almazın ticari əməliyat proseslərini bütünlüklə şəffaflıq mühitində təmin edilməsini həyata keçirir. Almaz xammalının, yəni emal edilməmiş məhsulun idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsinin vahid mühafizə sistemi təşkil olunur.

Azərbaycan “Kimberley Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tətbiqi sahəsində ötən illərdə beynəlxalq təcrübəni öyrənmək və mübadilə məqsədilə bu prosesdə uğur əldə etmiş müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər keçirib, məsləhətləşmələr aparıb. Rusiya Maliyyə Nazirliyi, bu ölkənin almaz yataqlarının işlənilməsi, almazların emalı və ixracı sahəsində ixtisaslaşan “Alrosa” SC-nin nümayəndələri və digər tərəflərlə Azərbaycanın İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, “Azərgold” QSC ilə görüşlərdə “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin həyata keçirilməsi haqqında ətraflı məsləhətləşmələr aparılıb. Bu çərçivədə emal edilməmiş təbii almazların dövriyyəsinin dövlət tənzimlənməsi və nəzarəti, istifadə edilən rəqəmsal həllər, o cümlədən elektron idarəetmə və nəzarət sistemləri sahəsində ikitərəfli fikir mübadiləsi aparılaraq perspektiv tətbiq imkanları nəzərdən keçirilib.

Azərbaycan digər dövlətlərin də bu sahədə gördüyü işləri, təcrübəni mənimsəmək üçün işləri davam etdirib və KPCS-ə qoşulmağa qərar verib.

Gemoloji laboratoriyalar və milli sertifikatlaşdırma sistemi yaradılacaq

Azərbaycan “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaqla bu beynəlxalq öhdəlikdən irəli gələn tələblər üzrə müvafiq məsuliyyət tədbirlərini üzərinə götürür. BMT-nin KPCS tövsiyələrində beynəlxalq sertifikatlaşdırma sxemindən irəli gələrək hər bir ölkənin öz milli sertifikatlaşdırma sistemlərinin yaratması əks olunub. Bu baxımdan Azərbaycan bu prosesdə yer almaq iradəsini ifadə etdiyindən sertifikatlaşdırma və rəqəmsallaşdırma məsələlərini də həll etməlidir. Tələblərə əsasən, ilk növbədə, emal edilməmiş almazın gömrük rəsmiləşdirilməsi bu prosesinin meyar və qaydalarına uyğunlaşdırılacaq. Dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə xammalın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyalar yaradılacaq. Xammalın əldə edilməsi prosesi xüsusi razılıq sənədləri əsasında tənzimlənəcək ki, bu da müasir  sertifikatlaşdırmaya əsaslanır. Müvafiq dövlət qurumu məhsulun istifadəyə təyinatı üçün forma və sertifikat verəcək. Eyni zamanda, həmin sahədə fəaliyyətin təşkili üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən zəruri nəzarət tədbirləri görüləcək.

Kimberli Sxeminin ən mühüm tələblərindən biri də qeyd olunan fəaliyyət sahəsinin rəqəmsallaşdırılmasıdır. Bu istiqamətdə də beynəlxalq təcrübəyə istinad edilməklə, müasir rəqəmsal izləmə və nəzarət platforması qurulacaq.

Beləliklə, Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması qlobal miqyasda qiymətli metalların, o cümlədən almazın idxalı, ixracı və satışı proseslərinə nəzarəti təmin edən, şəffaflıq meyarlarına xüsusi diqqət yetirən ölkə kimi KPCS ailəsində yer almasına səbəb olacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Mart 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri