Icma.az
close
up
RU
Kimdir günahkar? Attestatda “5” alır, qəbulda aşağı bal toplayır...

Kimdir günahkar? Attestatda “5” alır, qəbulda aşağı bal toplayır...

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda illərdir təhsil sisteminin ən çox müzakirə olunan problemlərindən biri məktəb qiymətləndirməsi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış və qəbul imtahanlarının nəticələri arasındakı uçurumdur. Bir tərəfdə sinif jurnallarında və attestatlarda parlayan “5”lər, digər tərəfdə isə imtahan zalında cəmi 10 sualı cavablandıra bilən yüzlərlə şagird və ya tam əksinə buraxılış və qəbul imtahanlarında yüksək nəticə, lakin müəllimlərin uşaqları həmin fənlər üzrə daha aşağı balla qiymətləndirməsi halları ilə qarşılaşırıq. 

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan təhsil sahələri üzrə ekspert Kamran Əsədov  bildirib ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanları ilə məktəb daxili qiymətləndirmə arasında kəskin uyğunsuzluq olması pedaqoji problem olmaqla yanaşı, həm də sosial ədalətsizlik, korrupsiya və etimad böhranı yaradan məsələdir:
“Əgər yüksək nəticə göstərən şagirdlərin attestatlarında aşağı qiymət yazılırsa və ya zəif nəticə göstərənlərdə süni şəkildə “5” rəqəmi qeyd olunursa, bu, birbaşa olaraq qiymətləndirmə sisteminin natamamlığını və müəllimlərin peşə məsuliyyətinə yanaşmasında ciddi boşluqları təsdiqləyir”.

Statistik göstəricilər də bu ziddiyyətin miqyasını ortaya qoyur. Məsələn, 2024-cü ildə keçirilən buraxılış imtahanlarında bəzi rayonlarda şagirdlərin 60 faizdən çoxu 30 sualdan 10-dan azına doğru cavab vermiş, lakin həmin məktəblərin illik hesabatlarında həmin şagirdlərin attestat qiymətlərinin 4 və 5 olduğu açıqlanmışdır:
“Bu, “Ümumi təhsil haqqında” Qanunun 14.2-ci maddəsində göstərilən “qiymətləndirmənin obyektivliyi və şəffaflığı” prinsipinin açıq şəkildə pozulmasıdır. Belə hallara göz yuman məktəb rəhbərləri isə qanunun 26.1-ci maddəsinə görə məsuliyyət daşıyır, çünki direktorun vəzifəsi məktəbdə tədrisin keyfiyyətinə və qiymətləndirmənin obyektivliyinə nəzarət etməkdir”.

Bu müəllimlər inzibati məsuliyyətə cəlb olunmalıdır
K. Əsədov vurğulayıb ki, müəllimlərə qarşı konkret tədbirlər görülməlidir. “Əvvəla, şagirdlərin imtahan nəticələri ilə məktəb qiymətləri arasında kəskin fərqlər müşahidə edilən müəllimlər üzrə monitorinq aparılmalı, bu ziddiyyətin səbəbləri araşdırılmalıdır. Əgər müəllimin subyektiv yanaşması və ya qərəzli qiymətləndirməsi üzə çıxarsa, həmin müəllimlər inzibati məsuliyyətə cəlb edilməli, təkrar sertifikatlaşdırma imtahanına göndərilməli, zəruri hallarda pedaqoji fəaliyyətinə xitam verilməlidir. Çünki təhsil qanunvericiliyində müəllimlərin vəzifəsi təkcə dərs keçmək yox, həm də “şagirdlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək” kimi təsbit olunub”.

Direktorların məsuliyyəti daha ağırdır
“Əgər məktəbdə onlarla belə hal yaşanırsa və direktor bunu görüb tədbir görmürsə, bu, artıq sadəcə laqeydlik deyil, sistemli şəkildə təhsilin keyfiyyətinə zərbə vurmaqdır. Belə direktorlar haqqında xidmət araşdırması aparılmalı, ciddi nöqsanlar təsdiqləndikdə onlar vəzifədən azad olunmalıdır. Əks halda, qiymətləndirmədəki saxtakarlıqlara göz yumulmuş olur”- deyə ekspert bildirib.

Problemin həlli üçün isə struktur dəyişikliyi zəruridir.
Təhsil eksperti vurğulayıb ki, ilk növbədə, məktəb qiymətləndirməsi ilə mərkəzləşdirilmiş imtahan nəticələrinin müqayisəsini aparan vahid elektron platforma qurulmalıdır:
“Bu platformada hər bir şagirdin imtahan nəticələri ilə məktəb qiymətləri avtomatik tutuşdurulmalı, fərq 30-40 faizdən artıq olduqda sistem dərhal xəbərdarlıq siqnalı göndərməlidir. İkinci addım olaraq, müəllimlərin qiymətləndirmə meyarları şəffaflaşdırılmalı, valideynlərə hər bir qiymətin hansı tapşırıq və bacarıqlara əsaslandığı elektron şəkildə təqdim olunmalıdır. Bu, həm hesabatlılığı artırar, həm də subyektiv yanaşmanı azaldar”.

Digər ölkələrdə bu cür hallarda xüsusi təlim qrupu məktəbə göndərilir

Dünya təcrübəsindən də danışan ekspert bildirir ki, Finlandiyada məktəb qiymətləndirməsi ilə dövlət imtahanlarının nəticələri arasındakı fərq 5-7 faizdən artıq olduqda dərhal xüsusi təlim qrupu məktəbə göndərilir və səbəblər araşdırılır. Estoniyada isə şagirdin yekun qiymətinə həm məktəb, həm də milli imtahan nəticəsi təsir edir və böyük fərq olduğu halda son nəticə şagirdin ziyanına yox, obyektivlik prinsipi əsasında dövlət imtahanına üstünlük verilərək hesablanır. Azərbaycanda isə bu mexanizmlər yoxdur, nəticədə məktəblər özlərini qapalı “qiymət bazarı”na çevirirlər.

“Mövcud qiymətləndirmə siyasəti həm şagirdlərin hüquqlarını pozur, həm də təhsil sisteminə olan ictimai inamı sarsıdır. Nazirlik bu istiqamətdə nə marifləndirmə işi aparır, nə də ciddi nəzarət mexanizmi yaradır. Əgər dərhal müdaxilə olunmazsa, şagirdlərin real bilik səviyyəsi ilə sənəddə göstərilən qiymətlər arasındakı uçurum daha da dərinləşəcək və bu, gələcəkdə universitetlərdə, əmək bazarında və bütövlükdə cəmiyyətdə bilik böhranına gətirib çıxaracaq”- deyə Kamran Əsədov sonda bildirib. 

Valideynlər müxtəlif yollarla attestatın göstəricilərini dəyişə biləcəklərini bilirlər
 

Təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri isə bildirib ki, qeyd olunan problem çox ciddi, amma eyni zamanda kölgədə qalan məsələyə çevrilib:

“Bilirik ki, peşə təhsil müəssələrinə qəbul attestat göstəricilərinə görə müəyyən olunur. Attestat sistemə daxil olunduqdan sonra onun göstəricilərinə uyğun olaraq müəyyən sayda ixtisaslar sizə təqdim olunur və onlardan sadəcə 5-ni ixtisas seçimində göstərə bilərsiniz. Müşahidələr göstərir ki, valideynlər peşə məktəblərinə attestat qiymətləri ilə daxil olmağın mümkünlüyünü gördükdən sonra “bilsəydim qiymətləri düzəltdirərdim”- deyirlər. Bu da təhsil sistemində şəffaflığın olmadığını göstərir. 

Buna göz yuman direktorlar, həmçinin düzgün qiymətləndirmə aparmayan müəllimlər cəzalandırılmalıdır
“Eyni zamanda müəllimlərin bilərəkdən şagirdlərin qiymətini aşağı yazması halları ilə də qarşılaşmaq mümkündür. Baxırsan ki həmin şəxs informatika, riyaziyyat və ya digər fənlərdən attestatda aşağı qiymət alsa da, həmin fənlər üzrə imtahan balları yüksəkdir. Bu sahədə ciddi yoxlanış olmalı, bu kimi vəziyyətlər xüsusi nəzarətə alınmalıdır, məktəb direktorlarına xüsusi təlimatlar getməlidir. Necə ki peşə müəssələrinə qəbulda qeyri-adekvatlıq olursa, eyi zamanda kolleclərə və universitetlərə qəbul olmaq istəyən abituriyentlərin də nəticələrində ciddi fərq olduğunu görürük və bu prosesə heç bir şəkildə dırnaqarası baxılmamalı, buna göz yuman direktorlar, həmçinin düzgün qiymətləndirmə aparmayan müəllimlər cəzalandırılalıdır”- deyə Elmin Nuri sonda bildirib.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Avqust 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see698

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see430

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see256

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see229

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see218

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see206

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see203

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see202

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see197

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see191

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see185

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see183

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see179

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see177

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri