Icma.az
close
up
RU
Günahkar kimdir: Məktəb, yoxsa valideyn?

Günahkar kimdir: Məktəb, yoxsa valideyn?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bullinq sırf məktəbdən qaynaqlanmır, burada ailələrin də rolu böyükdür”. 

Bunu Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: 

Bullinq" mövzusunda keçirilən konfransda deyib. Direktor müavini məlumat verib ki, 2023-2024-cü ildən Bakıda 62, rayonlarda 300 məktəbdə şagird-davranış qaydaları tətbiq olunub:

"İlkin nəticələr belədir ki, biz yaxşı siqnallar alırıq. Yaxın zamanda bu qaydalar bütün ölkə üzrə tətbiq olunacaq". 

Qeyd edək ki, bu gün müşahidə olunan ən aktual problemlərdən biri də təhsilalanların aqressiv davranışlarıdır. Uşaqların bullinqlə rastlaşması onların şəxsiyyətinə də mənfi təsir göstərir. 

Bulliq məktəbdən qaynaqlanır? Burada ailələrin  rolu nə qədərdir? 

Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi Fatimə Bayramova “Cebheinfo.az”-a bildirib ki, burada ailələrin də rolu var: 

“Bullinq etmə potensialı olan şəxslər ətrafdakı insanları incitmə, zərər vermə, alçatma kimi mənfi davranış modelini özündə əks etdirir və bu davranışı sistematik şəkildə həyata keçirirlər. Sanki qarşısındakı şəxs həyatdan küsdükcə, həzz alır və daxilindəki, incidilmiş "mən"lərini doyuzdururlar. Bu izahla biz bullinq edən şəxsin, aqressorun psixikasını əlbəttə ki, məktəblə bağlaya bilmərik. Bullinq ailədən gələn, artıq formalaşmış davranış modeli, patoloji haldır.

Məktəb yalnız bu kimi halların qarşısını ala bilər. Vaxtında, hər ilin əvvəli uşaqları psixoloji müayinədən keçirtməli və sinif rəhbəri daim uşaqların davranışlarına nəzarət etməlidir. "Bu uşaq tərbiyəsizdir" deyib keçmək lazım deyil. Bu davranış modelinin tərbiyəsizliklə yox, patoloji xüsusiyyətlərlə əlaqəsi var. Göz yumulsa, dönüşü olmayan nəticələrə gətirib çıxara bilər. Həmçinin, valideynlər etiraz edə bilər ki,çox sakit uşaq idi, yeniyetməlikdə düzgün dost seçimi etmədiyi üçün bu hala düşdü, onlar nə etdisə təkrarladı”. 

Psixoloq başqa bir problemi də vurğulayıb:

“Uşağın özünün seçim üstünlüyü formalaşmayıb. Burada konformizm( kollektivə uyuşan) özünü göstərir. Bu da özgüvənsizlikdən irəli gəlir. Yaxşı olar ki, bullinqlə mübarizədə günahkar axtarmaq yerinə valideyn və məktəb heyəti vəhdət halında mübarizə aparsın”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Dekabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see408

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see291

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see283

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see278

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see273

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see272

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see269

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see267

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see265

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see264

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see249

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see245

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see241

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see241

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see241

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see240

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see239

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see238

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri