Icma.az
close
up
RU
Kimə qarşı və niyə vuruşurlar?

Kimə qarşı və niyə vuruşurlar?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər kəsin vətəndaşlıq borcu öz ölkəsini qorumaqdır

Müharibə qan-qada, ərazi itkiləri ilə yanaşı, həm də yarıda qırılan insan taleləri deməkdir. Bunu Azərbaycan son 30 ildə iki Qarabağ müharibəsində bütün fəsadları ilə yaşadı. Artıq 4 ilə yaxındır ki, Rusiya və Ukrayna arasında “xüsusi hərbi əməliyyatlar” adlandırılan açıq müharibə gedir. Qeyri-rəsmi məlumatlara görə, bu günə qədər hər iki tərəfdən yüz minlərlə insan həlak olub. Onların arasında bizim soydaşlarımız da var. Açıq deməliyik ki, Rusiya vətəndaşı olan həmin adamlar hərbi əməliyyatlarda zorən iştirak etməli olublar.

Bu müharibədə iştirak edənlərin etnik tərkibi barədə yerli və xarici mediada ara-sıra məlumatlara rast gəlinir. Həmin xəbərlərdə müharibənin ilk illərində “xüsusi hərbi əməliyyata” cəlb edilənlərin əhəmiyyətli hissəsinin qeyri-ruslar olduğu vurğulanır. Deməli, itkilərin böyük qismi onların payına düşür.

Hazırda şimal qonşumuzda yenidən, azərbaycanlılar başda olmaqla, bir çox millətlərdən olan miqrantlara qarşı müxtəlif şəhərlərdə təzyiqlər, həbslər, digər qeyri-qanuni fəaliyyətlər barədə eşidirik. Onların bir çoxunun məhz müharibəyə səfərbər edilmək bəhanəsi ilə incidilməsi faktları da var. Burada məsələnin hüquqi tərəfi ilə yanaşı, mənəvi-psixoloji yönü də var. Qeyd etdiyimiz kimi, Rusiya tərəfindən Ukraynaya qarşı döyüşən azərbaycanlıların əsas hissəsi Rusiya vətəndaşlarıdır. Onların “bu, mənim müharibəm deyil”- deməyə həm ölkənin konstitusiyası, həm də vətəndaş kimi öhdəliyi yol verməyə bilər. Amma ailəsinə çörəkpulu qazanmaq məqsədilə Rusiyanın əmək bazarına üz tutan miqrantların bu sözü deməyə haqqı çatır.

Məsələ ondadır ki, Rusiyanın müvafiq orqanları onların miqrant kimi həssas statusundan istifadə edərək müharibədə iştiraka cəlb etməyə bəhanələr axtarırlar. Bu cür qanunsuzluqla üzləşən soydaşlarımızın arasında 44 günlük Vətən müharibəsinin iştirakı olmuş veteranlarımız, qazilərimiz də var. Məhz onların sonu görünməyən bu müharibəyə qatılması qətiyyən qəbuledilməzdir. Əgər onların arasında pula şirniklənib muzdlu kimi döyüşə getmək kimi yanlış yola düşənlər varsa, vətəndə belələrinə qarşı hüququn hökmündən tutmuş maarifləndirməyə qədər ciddi tədbirlər görülməlidir.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, vətəndaşların xarici ölkənin hərbi birləşmələrində iştirakı ağır cinayət əməli hesab olunur. Bu zaman “mən bu əməli ölkə daxilində deyil, xaricdə etmişəm” kimi arqumenti keçərli sayılmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə (CM) görə, xarici ölkədə, Azərbaycanın maraqlarına aid olmayan silahlı münaqişədə pul və ya digər maddi maraq qarşılığında iştirak muzdluluq sayılır. Bu, ağır cinayətdir və bu əməli törədənlər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. CM-nin həmin maddəsinə görə, bu əməli törədəni, konkret haldan asılı olaraq, 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi icmalçı Tofiq Abbasov soydaşlarımızın Azərbaycana dəxli olmayan müharibədə iştirakının böyük təəccüb və təəssüf hissi doğurduğunu dedi: “Onlar başqa dövlətlərin, xalqların problemlərini həll etməkdən ötrü özlərini odun-alovun içərisinə atırlarsa, bunu anlamaq çətindir. Çünki bizim iki Qarabağ müharibəsi kimi acı təcrübəmiz var. Yadıma Astanada keçirilən Media Forumundakı çıxışımda dediyim sözlər düşür. Üzümü Qazaxıstanın media nümayəndələrinə tutub bildirdim ki, Birinci Qarabağ savaşında Azərbaycan, ilk növbədə, qardaş ölkələrdən siyasi və mənəvi dəstək gözləyirdi. Amma o dəstəyi biz çox gec gördük. Yeltsinin rəhbərlik etdiyi Rusiya isə o zaman Azərbaycanı gözüm çıxdıya salır, təhdidlərlə hədələyir, ermənilərə hərtərəfli yardım göstərirdi.

Doğrudur, bu ölkədə yaşayan xeyli soydaşımız Vətənə döndü, torpaqlarımızın müdafiəsi üçün döyüşdü. Şəhid olanlar, yaralananlar da oldu. Onlar doğma torpağımız uğrunda vuruşurdular. Amma indi çox sayda cavanlarımız Rusiya-Ukrayna savaşında dünyalarını dəyişiblər. Nəyə görə? Ukrayna vətəndaşı olan və o tərəfdən müharibəyə qatılan soydaşlarımızı qarşı tərəfin muzdlular adlandırmasını da eşitmişik. Rusiyaya gəldikdə isə burada hələ də azərbaycanofobiyanın səngimədiyi reallıqdır. Bu ölkədə yaşayan soydaşlarımıza qarşı ögey münasibətin göstərildiyi günümüzün danılmaz həqiqətidir. Bir faktı deyim. Rusiya vətəndaşı olan və müharibəyə yollanan ruslara həm federal, həm də regional büdcədən böyük təzminatlar verilir. Bəs nə üçün həmin qayda bu ölkənin vətəndaşı olan azərbaycanlılara şamil edilmir? Müharibədə əlil olmuş soydaşlarımızın hüquqları niyə pozulmalıdır?

O ki qaldı müharibəyə, Rusiya tərəfindən könüllü qoşulanlara, onlar bu addımı atmazdan əvvəl ciddi şəkildə və dərindən düşünməlidirlər. Pulun müqabilində orada qanını axıtmağa dəyərmi? Bu cür həssas məsələni ictimailəşdirmək lazımdır. Ona görə vətəndaşlarımız ayıq-sayıq olmalı, Azərbaycan qanunvericiliyində nəzərdə tutulanları unutmamalıdırlar. Bəli, soydaşlarımızın özgə müharibəsində canlarını fəda etmələri yolverilməz haldır”.

***

Mediadan xəbər tutduğumuz bir olay isə Rusiyada soydaşlarımıza ögey və saymaz münasibətin bariz nümunəsi sayılmalıdır. Deməli, “xüsusi hərbi əməliyyatlarda” yuxarı və aşağı ətraflarını itirmiş bir soydaşımız uzun müddət Rusiya vətəndaşlığını almaqda çətinliklə üzləşib. Qollarını itirmiş həmin soydaşımıza barmaq izinin olmaması səbəbindən vətəndaşlıq verilməyin mümkünsüzlüyü deyilib. Yalnız uzun ictimai müzakirələrdən sonra əlil döyüşçü haqqını əldə edə bilib. Hətta Rusiyada səfərbərliklə müharibəyə aparılanların yaralanıb geri dönəndə onlara muzdlu damğasının vurulması kimi ədalətsiz davranış hallarının baş verdiyini söyləyənlər də var.

Yazımızın sonunda müharibəyə “qazanc mənbəyi” kimi baxmaq istəyənlərin diqqətinə zəruri bir xatırlatmanı çatdırırıq. Ötən illərdə Yaxın Şərqdə baş vermiş vətəndaş müharibələrində iştirak edən terror təşkilatlarına qoşulmuş xeyli sayda azərbaycanlı DTX tərəfindən aşkar edildi, Vətənə gətirildi və barələrində sərt tədbirlər görüldü. Bu gün Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının hər iki cəbhədə həm də – bunu istisna etmək mümkün deyil – bir-birilərinə qarşı vuruşması, güllə atması cinayət əməli olmaqdan savayı, ürəkağrıdıcı faktdır. Ölkənin hüquq-mühafizə orqanları, eləcə də Rusiya və Ukraynadakı səfirliklər, konsulluqlar belə halların qarşısını almaqdan ötrü maarifləndirici tədbirlər həyata keçirməklə yanaşı, bu əməlləri törədənlərin aşkar edilərək məsuliyyətə cəlb olunmasına çalışmalıdırlar.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see353

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see339

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see272

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see261

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see255

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see252

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see239

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see235

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see230

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see225

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see213

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see208

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see201

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see201

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see199

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see191

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see186

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see185

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri