Icma.az
close
up
RU
Peyğəmbərlər kimə və niyə göndərilir? İLAHİYYATÇIDAN AÇIQLAMA

Peyğəmbərlər kimə və niyə göndərilir? İLAHİYYATÇIDAN AÇIQLAMA

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Tarix boyu tez-tez səsləndirilən suallardan biri budur: Nəyə görə peyğəmbərlərin əksəriyyəti yəhudi və ərəb toplumlarına göndərilib? Bəs digər xalqlara – məsələn, türklərə və kürdlərə – niyə peyğəmbər göndərilməyib? Bu məsələni izah edən maraqlı yanaşmalardan biri peyğəmbərlərin göndərilməsini bir bölgədəki mənəvi böhran və sosial pozuntularla əlaqələndirir”.

Bunu Gununsesi.info-ya açıqlamasında ilahiyyatçı Turan İrfan bildirib.

“Necə ki, bir yaşayış məntəqəsində hər şey qaydasındadırsa, sahə müvəkkili tez-tez ora gəlməyə ehtiyac duymur. Amma harada ki, qarışıqlıq, zorakılıq və nizamsızlıq hökm sürür, oraya dövlət nümayəndəsi – məsələn, sahə müvəkkili – mütəmadi olaraq baş çəkir. Eyni yanaşmanı peyğəmbərlərin missiyasına da tətbiq etmək olar: İlahi elçilər daha çox o cəmiyyətlərə göndəriliblər ki, onlar doğru yolu itirmiş, mənəviyyat böhranı yaşayır, zülm və azğınlıq içində itib-batırdılar.

Bəzən türklərə və ya kürdlərə aid saxta peyğəmbərlərin uydurulması halları da olur. Kimisi Zərdüştü peyğəmbər, özü də türk hesab edir, kimisi Dədə Qorqudu ilahi elçi kimi təqdim edir, hətta bəziləri Həzrət İbrahimi kürd sayır. Bu düşüncələrin kökündə isə yanlış bir anlayış dayanır – elə bilirlər ki, bir qövmə peyğəmbərin göndərilməsi həmin xalq üçün xüsusi üstünlükdür. Halbuki bu fikirin əksi də doğrudur: elə toplumlar olub ki, öz vicdanları, insafları, ədalət hissləri onları haqq yoldan uzaqlaşdırmayıb, ona görə də ilahi xəbərdarlığa, peyğəmbərə ehtiyac qalmayıb.

Bu baxımdan, türklərin və kürdlərin ilahi elçilərlə deyil, daxili mənəvi güclə düz yolda qalması onların haqq və ədalətə sadiq olmalarının göstəricisidir. Onlar mərdlik, humanizm və mənəvi dəyərləri peyğəmbərsiz də yaşatmağı bacarıblar.

Ən düşündürücü məqam isə budur: peyğəmbərlər göndərilmiş bir çox cəmiyyətlərdə bu elçilərə yetərincə dəyər verilməyib. Hətta bu gün belə, o torpaqlarda hələ də qarşıdurmalar, zorakılıqlar davam edir. Çünki peyğəmbər göndərilməklə iş bitmir – əgər bir cəmiyyət haqqı qəbul etməyə hazır deyilsə, oraya ilahi söz də gəlsə, nəticə verməz. Yəni insan özü istəmədikcə, dəyişmədikcə, heç bir möcüzə onu xilas edə bilməz…”

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Avqust 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri