Icma.az
close
up
RU
Kimə travma yaşadaq, kimi vuraq? Deputatdan sərt sözlər

Kimə travma yaşadaq, kimi vuraq? Deputatdan sərt sözlər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sosial şəbəkələrdə çoxlu paylaşımlarla rastlaşıram, hamısı da linç etmə cəhdləri ilə doludur. Bir video üç tibb işçisinin zarafatcasına idman hərəkəti etməsi, digərində bir xanımın içkili şəkildə görüntüsünü çəkib paylaşan dostuna iradı və sair”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, bu cür məsələlərə münasibət bildirən deputat da tənqid edilir:

“Daha ciddi məsələlərin olduğunu deyirlər, bəli elədir. Amma cəmiyyətdə hər bir kəsi linç etmək, neqativləri paylaşmaq, hadisənin başvermə səbəbini öyrənməmək dəb alıb. Həmçinin tibb işçilərinin doğru etdiyini demirəm, amma bu hərəkətə görə onları linç etmək düzgün deyil. Sadəcə əylənmək istəyiblər. Guya hər kəs iş yerində özünü ancaq işə sərf edir və yasa batmış kimi aparır? Hamı iş yerində işə aid olmayan nəsə edir və bu, bütün dünyada belədir. Bilirsiniz onlar nə qədər əməkhaqqı alır? 450 manat. İstəyirsiniz ki, onlar 24 saat “farağat” duruşunda dayansınlar”.

Millət vəkili qeyd edib ki, cəmiyyət xeyli neqativ yöndə dəyişib:

“Media belə 5-6 cinayət, mənfi, zorlama, qəza, dava və sair məsələləri ardıcıl yayımlayır. Xoş olan heç nə oxumaq olmur. Elə bil hamımız pusquda dayanmışıq ki, görək kimi hədəfə gətirək, kimi vuraq, kimə psixoloji travma yaşadaq? Əgər belə davam etsə, cəmiyyəti idarə edə bilməyəcəyik və sonra onu düzəltmək üçün onilliklər və çoxlu həbslər etmək lazım gələcək”.

Günel Cəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri