Icma.az
close
up
RU
Ramiz Mehdiyev kimi vətən xainləri... Deputatdan sərt sözlər

Ramiz Mehdiyev kimi vətən xainləri... Deputatdan sərt sözlər

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan dövləti demokratik və hüquqi dövlətdir. Ölkəmizdə heç kəs – hətta toxunulmazlıq statusu olan şəxslər belə – qanun qarşısında məsuliyyət daşımalı və hüququn aliliyinə hörmət etməlidir.

Azərbaycan xalqı dövlət müstəqilliyini asanlıqla əldə etməyib. Minlərlə qiymətli vətəndaşımız müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçib. Çağdaş dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına və dövlətimizin sarsılmazlığına, əbədiliyinə həsr edib.

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünya erməniliyi və onun arxasında dayanan super güclərlə yorulmadan mübarizə apararaq Azərbaycanı dünyaya qalib və qüdrətli xalq kimi tanıdıb.

Kimliyindən, harada yaşamasından və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, Heydər Əliyev siyasətinə və bu siyasəti bu gün dünya miqyasında uğurla həyata keçirən dövlət başçısına xəyanət edən, dövlətə pis niyyətlə yanaşan hər kəs layiqli şəkildə cavab verməlidir. Belə harınlamış məmurlara ən ağır cəza tətbiq olunmalıdır. Azərbaycan güclü dövlətdir və dövlətimizin, xalqımızın keşiyində duran sarsılmaz qurumlar mövcuddur.

Hesab edirəm ki, Ramiz Mehdiyevin və onun cinayətkar havadarlarının dövlət çevrilişi ilə bağlı cəhdi təkcə hüquqi müstəvidə deyil, həm də xalqın mühakiməsinə verilməlidir. Qətiyyətlə qeyd etməliyik ki, Ramiz Mehdiyev kimi vətən xainlərini 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin və şəhid analarının ahı əbədi izləyəcəkdir.

Bu acgöz hakimiyyət hərisləri müstəqillik illərində onların yolunu getmiş bəzi milli satqınların aqibətini yəqin ki, unudublar. Ramiz Mehdiyev fəaliyyəti dövründə Azərbaycan ictimaiyyətinin ona olan nifrət və qəzəbini yaxşı bilirdi. Görünür, ictimaiyyətin onun çirkli əməllərinə Ulu Öndərin və möhtərəm Prezidentin nüfuzuna görə həmişə göz yummasına arxayın imiş.

Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə və Prezidentinə inanır, güvənir və hər zaman onun yanında dayanır.

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri