Kimin kimdən xoşu gəlmirsə, TikTok da təhqir edir Deputat
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Dövlətin sütunlarını sarsıtmaq, dövlətə qarşı çox ədalətsiz, qərəzli və düşmən siyasət yürütmək və xaricdə oturub Azərbaycana qarşı böhtan kampaniyası yağdıran həmin o bloger adı altında cinayətkar qruplar, düşünürəm ki, bu maddənin tələblərinə uyğun müvafiq qaydada hüquqi qiymət verilməlidir".
Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Rəhimzadə Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı bildirdi.
"Kimliyindən və hansı peşə sahibi olmasından asılı olmayaraq, hansısa fərdin şəxsi həyatına, ailə həyatına müdaxilə, qətiyyən qəbul olunmazdır. Qətiyyən yolverilməzdir və düşünürəm ki, bu qanun layihəsinin əlavə olunmuş bu müddəa kifayət qədər bu proseslərin nizamlanmasında müstəsna əhəmiyyət kəsb edəcək.
Bu gün sosial şəbəkələr xaotik idarə olunmaz bir vəziyyətdədir. "TikTok"da kimin kimdən xoşu gəlmir, kimin, kimlə müəyyən mənada ədavəti varsa, bu yaranmış mülki şəraitdən istifadə eləyərək təhqirə, böhtana və qərəzə dövlətdə insan ləyaqətini alçaltmaqla bağlı kifayət qədər mənasız və gərgin mühit yaratmaqla fəaliyyətlərini qururlar", - deyə o, əlavə etdi.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Dekabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















