“Kiminsə əlinə baxsam, həyatımın sonuncu günü olar”
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qazancımızın çox hissəsini sənətə xərcləyirik. Əgər məndən soruşsanız ki, ən böyük xərciniz nə olub, cavab verəcəyəm ki, mahnı, klip, konsert və səhnə geyimləri”.
Bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Danışır radio” verilişində deyib.
Sənətçi bildirib ki, kiminsə əlinə baxsa, həyatının sonu olar:
“Türkiyədə müğənni bir mahnı oxumaqla qazandığı pullarla hotel alır. Amma bizdə belə deyil. Pul mənim üçün rahatlıq və müstəgillik vasitəsidir. Mən heç kimdən aslı olmamalıyam. Həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım. Pulum az olanda keyfim pozulur. Misal üçün pandemiya vaxtı fikir edirdim. Əlimin altında qaraj vardı. Onu satdım ki, o pulla 4-5 ay idarə edə bilim. O müddətdə yanımda çalışan insanlara hər ay maaş verdim”. (Olay)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 02 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















