Icma.az
close
up
RU
Paşinyan kimin əlinə “oynayır”?

Paşinyan kimin əlinə “oynayır”?

Icma.az bildirir, Sia Az portalına istinadən.

Mətləb Salahov: “İndiki zamanda Azərbaycanla Sülh müqaviləsi hazırlamaq və yaxud erməni konstitusiyasındakı işğalçılıq müddəalarını qoparıb atmaq onun heç yadına da düşmür”


“Artıq bir neçə gündür Robert Köçəryandan başlamış digər keçmiş revanşist müxalifətçilərə qədər bir çoxlarını həbsxanalara doldurmaqla məşğul olan Nikol Paşinyan var gücü ilə öz siyasi hakimiyyətinin təhlükəsizliyini təmin etməklə məşğuldur. Parlament seçkilərindəki uğurlu nəticədən sonra Ermənistanın baş nazirinin özünə sərf edən, daha çox şəxsi hakimiyyətinin hüquqi təhlükəsizliyi üçün laızm olan maddələrdən ibarət yeni Ermənistan Konstitusiyası layihəsini hazırlayacağı, daha çox öz siyasi hakimiyyətinin gücləndirilməsi ilə məşğul olacağı barədə dediklərimiz artıq gerçək siyasi reallıq kimi qarşımızda durur.
N.Paşinyan hazırda var gücü ilə öz hakimiyyətinin daha böyük ictimai rıçaqlara sahib olması və Ermənistanda bir qədər də özünün despot rejimini yaratmaq üçün işə girişib. İndiki zamanda erməni konstitusiyasındakı işğalçılıq və Azərbaycan əleyhinə ərazi iddiaları ilə dolu cızmaqaraları kökündən qoparıb atmaq onun heç yadına da düşmür”.
Bu fikirləri SİA-ya açıqlamasında araşdırmaçı jurnalist Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, ötən il Vaşinqtonda imzalanan razılaşmalardan xeyli müddət keçsə də hələ ki, İrəvandan sülhlə bağı heç bir ciddi səs-soraq yoxdur. “Bir çox qərbpərəst erməni analitikləri N.Paşinyanı Vladimir Putinin “gizli adamı” kimi təqdim edir, onun hazırda Moskvanın maraqlarına əks olan heç bir addım atmadığını elan edirlər.
Düzdür, siyasət elə bir məsələdir ki, onun əsl üzünü görmək və sirlərə agah olmaq çox çətin arzudur. Biz bilmirik ki, N.Paşinyan kimin siyasi layihəsidir. Lakin tək bildiyim odur ki, Azərbaycan və Türkiyə məsələsində həm Qərb, həm də Moskva eyni mövqedən çıxış edirlər. Həm Qərbdəkilər üçün, həm də Moskvada əyləşənlər üçün Ermənistanı ayaq üstünə qaldırmaq və bölgədə Azərbaycan əleyhinə ondan yararlanmaq istəyi əbədiyyətə qədər davam edəcək. Bu, sadəcə dəyişməyən reallıqdır”.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Avqust 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri