Icma.az
close
up
RU
Kiminsə sizə aşiq olduğunu necə anlamaq olar? 3 incə əlamət

Kiminsə sizə aşiq olduğunu necə anlamaq olar? 3 incə əlamət

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə kiminsə sizə aşiq olmağa başladığını göstərən üç incə əlaməti açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, o qeyd edir ki, tanışlıq normaları dəyişsə də, insan bağlılığının psixologiyası əsasən eyni qalır. Romantik hisslər formalaşmağa başlayanda bu emosiyalar adətən insanın davranışında şüurlu şəkildə idarə olunması çətin olan, ardıcıl və nəzərə çarpan dəyişikliklər kimi üzə çıxır.

Psixoloqun göstərdiyi əlamətlər:

1. Daha çox yaxınlıq və nəvaziş göstərilməsi

Ən erkən və çox vaxt hiss olunmayan əlamətlərdən biri yaxınlıq davranışlarının artmasıdır. İnsan əvvəlkindən bir az daha yaxın otura, danışarkən əlinizə toxuna və ya söhbət zamanı təsadüfi bəhanələrlə fiziki kontakt yarada bilər. Araşdırmalar göstərir ki, yaxınlıq ehtiyacının artması adətən daha dərin emosional bağlılığın göstəricisi olur. Əgər əvvəllər məsafə saxlayan bir insan indi davamlı olaraq yaxınlaşmaq üçün səbəb axtarırsa, bu, çox vaxt təsadüfi olmur.

2. Görünüşə daha çox diqqət yetirmək

Digər mühüm əlamət insanın sizinlə görüşəcəyini bildiyi zaman öz davranışını və görünüşünü dəyişməsidir. Saç düzümünə daha çox fikir verilməsi, makiyajdan istifadə, daha səliqəli geyim seçimi və ya yeni ətir kimi dəyişikliklər müşahidə oluna bilər. Bu dəyişikliklər kiçik görünsə də, davamlı olduqda diqqət çəkir və emosional marağın göstəricisi ola bilər.

3. Daha uzun göz təması

Göz təması ən güclü qeyri-verbal ünsiyyət formalarından biridir. Kiminsə sizə qarşı romantik hissləri yarananda o, sizinlə daha uzun müddət göz kontaktı saxlaya bilər. Sükut anlarında belə baxışların sizə yönəlməsi və tez-tez göz təmasının təkrarlanması bu insanın sizinlə daha dərin emosional əlaqə qurmağa çalışdığını göstərə bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Aprel 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri