Icma.az
close
up
RU
Kimlər bankda zamin dura bilər? CAVAB

Kimlər bankda zamin dura bilər? CAVAB

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu Zaminlik öhdəliyi ilə bağlıdır.

Qanunvericiliklə kreditin təminat üsullarından biri də zaminlikdir. Zaminlik öhdəliyinin yaranması üçün ilk öncə tərəflər arasında müvafiq yazılı formada bağlanmış zaminlik müqaviləsinin olması mütləqdir. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

Zaminlik müqaviləsi dedikdə, kreditorla zamin arasında bağlanan elə bir saziş başa düşülür ki, bu sazişə görə, zamin kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə əmlak məsuliyyəti götürür.
Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi təmin edilə bilər.

Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Yəni, əsas (təmin olunan) öhdəliyin etibarsızlığı zaminliyin etibarsızlığına səbəb olur. Zaminlik müqaviləsinin etibarsızlığı isə, əksinə, əsas öhdəliyin etibarsız hesab edilməsinə dəlalət etmir.

Zaminlik – əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Lakin qanunvericilikdə zaminin göstərdiyi xidmətə görə borcludan haqq almaq hüququ var. Əgər müqavilədə bu nəzərdə tutularsa onda zaminlik əvəzli olmuş olur.

Zamin olan şəxs hansı öhdəlikləri götürmüş olur?

Mülki qanunvericilik zamin duran şəxsin məsuliyyətinin iki növünü müəyyən edir.

– Subsidiar məsuliyyət (ehtiyat, yardımçı)

– Birgə məsuliyyət

Subsidiar məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.

Zaminliyin ikinci formasında isə ümumi qaydaya görə, borclu və zamin kreditor qarşısında birgə (solidar) məsuliyyət daşıyırlar. Kreditorun ixtiyarı var ki, o, öhdəliyin icrasını öz arzusu ilə həm borcludan, həm də zamindən tələb etsin. Bankların və kredit təşkilatlarının istifadə etdiyi zaminlik müqaviləsinin hamısı demək olar ki zaminin birgə məsuliyyətini nəzərdə tutur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu, o deməkdir ki, zaminlik öhdəliyi üzrə zaminin kreditor qarşısında öhdəliyi borclunun əsas (təmin olunan) öhdəlik üzrə öhdəliyi ilə həcm etibarilə bərabər olub, üst-üstə düşür. Bu halda əsas öhdəlikdən (borcdan) əlavə, zamin kreditora ödəməlidir: faizləri; borc tutulması üzrə məhkəmə xərclərini; borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzini; dəbbə pulunu.

Zamin krediti ödəmədikdə və ya gecikdirdikdə nə baş verir?

Kredit alan şəxs əgər kredit borcunu geri ödəməkdə problem yaradarsa və kredit borcunu ödəməzsə bu zaman bank zaminə qarşı tələb irəli sürə bilər. Elə hallar olur ki, bank zaminə xəbərdarlıq etmədən onun əmək haqqı kartından kredit ödənişini birtərəfli qaydada silir. Bu o halda olur ki, zamin rəsmi olaraq işləyir və əmək haqqı kartı zamin durduğu borclunun kredit götürdüyü bankdadır. Adətən bank zaminlik müqaviləsi bağlayarkən belə bir müddəa əlavə edir ki, əgər kredit ödənişi gecikdirilərsə kreditorun hüququ var ki, akseptsiz qaydada zaminin əmək haqqından kredit ödənişini tutsun. Belə bir bənd yoxdursa bankın qeyd edilən hərəkətləri qanunsuzdur və məhkəmə qaydasında iddia qaldıraraq tutulmuş məbləği geri tələb etmək olar.

Müqavilə imzalandığı vaxtdan etibarən zamin bank qarşısında məsuliyyət daşıyır. Əgər borclunun krediti ödəmək imkanı yoxdursa, bundan imtina edirsə, ümumiyyətlə hər hansı səbəbdən onu borcunu ödətdirmək mümkün olmursa, borcu ödəmək vəzifəsi zaminin üzərinə düşür. Amma məsələnin başqa tərəfi var – zamin kredit məbləğini tam ödədikdən sonra, borc götürəni məhkəməyə verə və ondan banka ödədiyi məbləği tələb edə bilər.

Zaminlik müqaviləsinin müddəti nə qədərdir?

Əksər hallarda zaminlik müqaviləsində onun müddəti göstərilmir. Bankların əsaslandırmasına, əsasən, borcluya münasibətdə iddia müddəti 3 ildir, zaminin öhdəlik müddəti isə, kredit tam ödənilənədəkdir, yəni zaminlik müqaviləsi kredit ödənilənədək qüvvədədir. Ancaq bu haqda müddəa etibarsızdır. 3 illik iddia müddəti ötməyibsə, doğrudan da bank borcludan krediti tələb edə bilər. Lakin, bunun zaminə aidiyyəti yoxdur. Deməli, əgər kreditin müddəti 1 ildirsə, həmin 1 il bitəndən sonra bank zamindən borcun ödənilməsini yalnız 1 il ərzində tələb edə bilər. Buna görə də, zaminlər ilk növbədə kredit müqaviləsində kreditin hansı müddətə verildiyinə diqqət etməlidirlər. Həmin müddətdən 1 il ötübsə, zamin zaminlik öhdəliyindən azad hesab olunur və bankdan da bunu tələb edə bilər.

Zaminliyə hansı hallarda xitam verilə bilər?

• zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

• əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;

• kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;

• zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən 2 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Dekabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri