Icma.az
close
up
RU
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... Natiq Cəfərli DANIŞDI

Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... Natiq Cəfərli DANIŞDI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

REAL Partiyasının sədri ötən ilin sentyabrında dəyişib. Həmin vaxtdan İlqar Məmmədov partiyanın sədrliyindən gedib. Onu Natiq Cəfərli əvəz edib.

Maraqlıdır, yeni sədrdən sonra partiya daxilində hansı dəyişikliklər olub? 

 REAL Partiyasının sədri Natiq Cəfərli Modern.az-a bildirib ki, yeni strukturların yaradılması planlaşdırılır:

"Ötən ilin oktyabrdan fəaliyyətə başlamışam. Noyabrdan artıq bələdiyyə seçkiləri ilə bağlı prosesə start verildi. Əsas hədəfimiz bələdiyyə seçkiləri oldu. Bələdiyyə seçkiləri yekunlaşıb, rəsmi nəticələr isə hələlik açıqlanmayıb. Amma ilkin nəticələrə görə, 5 nəfər REAL üzvü müxtəlif bələdiyyələrdə - Gəncədə, Qaxda, Abşeron rayonun bəzi kəndlərində, İmişlidə bələdiyyə üzvü seçilib. Bu bizim üçün kifayət qədər yaxşı göstəricidir. 14 nəfər namizədlə seçkilərdə iştirak etmişdik. Partiya daxilində müxtəlif strukturların yaranması müzakirə olunur. Məşvərət Məclisi kimi bir qrup olacaq. Bələdiyyə seçkilərində qələbə qazanan şəxslər də orada iştirak edəcəklər".

N.Cəfərli partiyaya ayrılan maliyyə vəsaiti ilə bağlı bunları deyib:

"Hər rübün sonunda bilinir ki, nə qədər vəsait ayrılıb. Hələ ki ayrılan vəsait keçən ilin ilkin rübü ilə eynidir. Hər rüb maksimimum təqribən 10 min - 15 min artım olması gözlənilir. Dediyim kimi, hələlik dəqiq məlumat yoxdur.  Ötən il partiyaya büdcədən ayrılan vəsait təqribən 290 min manata yaxın olub".

N.Cəfərli İlqar Məmmədovun partiyadakı rolundan da danışıb:

"REAL Partiyasının qərarvermə mexanizmi fərqlidir. REAL kollektiv kimlikdir və Siyasi Komitədə qərarlar alınır. Komitə iki həftədən bir toplaşır. Sədr isə həmin qərarların yerinə yetirilməsinə birbaşa rəhbərlik edir. Sədrin yeganə üstünlüyü odur ki, səsvermə zamanı səslər bərabər bölünürsə, sədrin sözü daha üstün sayılır, vəssalam. İlqar Məmmədov Siyasi Komitənin fəal üzvü kimi iştirak edir. Hər gün ofisdədir. Təşkilati və sənədləşmə məsələləri ilə məşğuldur. Yeni qanunvericiliyə görə, hər partiya yanvarın 15-nə qədər reyestrlə bağlı məlumatları yeniləməlidir. Bu qanunun doğru olduğunu düşünmürük, amma qanun qanundur. İlqar bəy o işlərlə məşğul idi".

Natiq Cəfərli partiyanı parlamentdə təmsil edən Erkin Qədirli ilə münasibətlərinə dair isə deyib:

"Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir, bu, yalandır. Biz elə dünən bir yerdəydik. Bizim münasibətlərimiz dostluqdan da artıqdır. Hər gün bir-birimizin evindəyik. Bütün günü bir yerdə olmuşuq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri