Erkin Qədirli: Ermənistan referendum keçirməli, Azərbaycana ərazi iddialarını konstitusiyasından çıxarmalıdır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Rəsmi İrəvan Avropa qurumlarına hesabat verərkən Müstəqillik Bəyannaməsinin 1-ci maddəsinə istinad edir. Bəzi beynəlxalq prosedurlarda onlar Qarabağı Ermənistanın ərazisi kimi təqdim etməyə və bunu qəbul etdirməyə çalışır”.
APA xəbər verir ki, bunu Milli Məclisin üzvü Erkin Qədirli “Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirdə deyib.
“Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad var və bu isə Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edir. Orada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələb olunur. Ermənistan Qarabağın guya Ermənistanın bir hissəsi olduğu ilə bağlı iddialarından əl çəkmir. Rəsmi İrəvan Avropa qurumlarına hesabat verərkən Müstəqillik Bəyannaməsinin 1-ci maddəsinə istinad edir. Bəzi beynəlxalq prosedurlarda onlar Qarabağı Ermənistanın ərazisi kimi təqdim etməyə və bunu qəbul etdirməyə çalışır. Hazırda Ermənistanın Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə olan istinad çox qəliz məsələdir", - Erkin Qədirli vurğulayıb.
Deputat qeyd edib ki, Ermənistan Konstitusiyasında onun maddələrinə dəyişiklik edilməsi qaydaları göstərilsə də, preambulanın dəyişdirilməsi ilə bağlı hər hansı müddəa yoxdur: "Ermənistanın Konstitusiya Məhkəməsi də hər dəfə məhz preambulanın dəyişdirilməsinin yolverilməzliyinə istinad edir. Ermənistan bu mövqeyi ilə özünü çətinə salıb. Fransa 1958-ci ildə Konstitusiyanı qəbul edərkən 1946-ci ilin Konstitusiyasını da qüvvədə saxladılar. Ermənistan isə belə etməməlidir. Hesab edirəm ki, Ermənistanın Konstitusiyasındakı dəyişiklik müsbət hal olar. Ermənistan tərəfi Bəyannamənin özünə xitam verə bilər. Əgər rəsmi İrəvan bunu etsə, bu zaman preambulanın özü də qüvvədən düşəcək. Lakin mən bununla da razılaşmıram. Ermənistan referendum keçirərək konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaları oradan çıxarmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















