Icma.az
close
up
RU
Kimlər güzəştli şərtlərlə pensiya ala bilər? Sənədlər, siyahılar

Kimlər güzəştli şərtlərlə pensiya ala bilər? Sənədlər, siyahılar

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Qanunvericiliyin tələbinə əsasən, bəzi vətəndaşların pensiya yaşı 5 il azaldıla bilər. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilib (//e-qanun.az/framework/12731).

Həmin Qərara əsasən, güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan Siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarət olub. Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyaların istehsalata tətbiqi güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişikliləri zəruri edib. Bu səbəbdən Nazirlər Kabinetinin 9 fevral 2024-cü il tarixli Qərarı ilə sözügedən siyahı təkmilləşdirilib. Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirilən iş yerlərinin attestasiyasının nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilib, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunub. Qərara əsasən, aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşənin adı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.

Bəs güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan vətəndaşlar bunu necə isbat edə bilərlər? Hansı sənədləri təqdim etməlidirlər?

Suallara aydınlıq gətirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili bildirib ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sahələrdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların sözügedən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı olduqda, yaxud azı 25 il sığorta stajı olduqda pensiya yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.

Onun sözlərinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsi üçün şəxsin şəxsiyyət vəsiqəsinin surəti, sığorta stajını təsdiq edən sənədlər (əmək kitabçası, həqiqi hərbi xidmət dövrü barədə sənəd, əyani təhsil haqqında arayış və s.) və zərərli əmək şəraitində işlədiyi dövrü təsdiq edən arayış tələb olunur. Bu sənədlər şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun və hüququ olduqda pensiya məbləğinin müəyyən edilməsi üçün vacibdir.

“Əmək pensiyaları haqqında” Qanunun 31.2-2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Əldə edilməsi mümkün olmadığı hallarda isə ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Şəxsin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdəki iş müddəti isə işəgötürənin arayışına əsasən müəyyən edilir”, – R.Mehdili bildirib.

DSMF rəsmisi onu da əlavə edib ki, Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, elektron sistemdən əvvəl qurulan əmək münasibətlərinə dair sosial sığorta stajı əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında müəyyən edilir. Əlavə olaraq sosial sığorta stajına daxil edilən digər fəaliyyət dövrləri zərurət yarandığı təqdirdə müvafiq arayış və sənədlər əsasında nəzərə alınır.

“Ağır və zərərli sahələrdə işləyən şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahıda nəzərdə tutulan işlərdə kişilərin azı 12 il 6 ay, qadınların isə azı 10 il iş stajı, həmçinin 25 il ümumi iş stajı və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalı tələb edilir. Pensiya məbləği 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün şəxsin sığorta stajına əsasən formalaşan pensiya kapitalının və həmin tarixdən sonrakı dövr üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəminin 144-ə bölünməsi ilə hesablanır” – deyə R.Mehdili vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri