Icma.az
close
up
RU
Kimlər güzəştli şərtlərlə pensiya ala bilər? Sənədlər, siyahılar

Kimlər güzəştli şərtlərlə pensiya ala bilər? Sənədlər, siyahılar

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Qanunvericiliyin tələbinə əsasən, bəzi vətəndaşların pensiya yaşı 5 il azaldıla bilər. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

News24.az xəbər verir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilib (//e-qanun.az/framework/12731).

Həmin Qərara əsasən, güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan Siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarət olub. Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyaların istehsalata tətbiqi güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişikliləri zəruri edib. Bu səbəbdən Nazirlər Kabinetinin 9 fevral 2024-cü il tarixli Qərarı ilə sözügedən siyahı təkmilləşdirilib. Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirilən iş yerlərinin attestasiyasının nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilib, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunub. Qərara əsasən, aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşənin adı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.

Bəs güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan vətəndaşlar bunu necə isbat edə bilərlər? Hansı sənədləri təqdim etməlidirlər?

Suallara aydınlıq gətirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili bildirib ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sahələrdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların sözügedən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı olduqda, yaxud azı 25 il sığorta stajı olduqda pensiya yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.

Onun sözlərinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsi üçün şəxsin şəxsiyyət vəsiqəsinin surəti, sığorta stajını təsdiq edən sənədlər (əmək kitabçası, həqiqi hərbi xidmət dövrü barədə sənəd, əyani təhsil haqqında arayış və s.) və zərərli əmək şəraitində işlədiyi dövrü təsdiq edən arayış tələb olunur. Bu sənədlər şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun və hüququ olduqda pensiya məbləğinin müəyyən edilməsi üçün vacibdir.

“Əmək pensiyaları haqqında” Qanunun 31.2-2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Əldə edilməsi mümkün olmadığı hallarda isə ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Şəxsin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdəki iş müddəti isə işəgötürənin arayışına əsasən müəyyən edilir”, – R.Mehdili bildirib.

DSMF rəsmisi onu da əlavə edib ki, Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, elektron sistemdən əvvəl qurulan əmək münasibətlərinə dair sosial sığorta stajı əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında müəyyən edilir. Əlavə olaraq sosial sığorta stajına daxil edilən digər fəaliyyət dövrləri zərurət yarandığı təqdirdə müvafiq arayış və sənədlər əsasında nəzərə alınır.

“Ağır və zərərli sahələrdə işləyən şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahıda nəzərdə tutulan işlərdə kişilərin azı 12 il 6 ay, qadınların isə azı 10 il iş stajı, həmçinin 25 il ümumi iş stajı və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalı tələb edilir. Pensiya məbləği 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün şəxsin sığorta stajına əsasən formalaşan pensiya kapitalının və həmin tarixdən sonrakı dövr üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəminin 144-ə bölünməsi ilə hesablanır” – deyə R.Mehdili vurğulayıb. /olke.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Mart 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri