Icma.az
close
up
RU
Kimlər pensiyaya daha tez çıxa bilər? ARAŞDIRMA

Kimlər pensiyaya daha tez çıxa bilər? ARAŞDIRMA

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda edilən yeni dəyişikliklə bağlı izah verib.

Bu barədə nazirlik məlumat yayıb.Belə ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərə erkən dövrdə, güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı, onun çalışmış olduğu müəssisə üzrə işəgötürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir.

Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq.

Onun güzəştli sahədə iş stajının hesablanması isə "Əmək və Məşğulluq" altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən, digər hallarda əmək kitabçasında olan qeydə və ya Dövlət arxivinin arayışına əsasən aparılacaq.

Həmçinin yeni Qərarla qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq.

"Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda təkmilləşdirmə və uyğunlaşdırma məqsədilə digər dəyişiklikər də edilib.

"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"da hansı peşələr qeyd olunub?

“Cebheinfo.az” bu mövzuda araşdırmanı təqdim edir:

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahı, əmək fəaliyyəti zamanı ağır, zərərli və ya yüksək riskli şəraitdə çalışan insanların adi yaş həddindən əvvəl pensiyaya çıxmasını təmin edir.

Sənəd ilk dəfə 2007-ci ildə qəbul edilmiş və hər il müvafiq sahələrdəki dəyişikliklər nəzərə alınaraq yenilənir.

Siyahı hazırda 35 əsas kateqoriya, 280 alt kateqoriya və 4000-dən çox peşə/vəzifə əhatə edir.

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

• Yeraltı və tunel işləri

- Mədən işçiləri

- Tunel və yeraltı qurğularda işləyən fəhlələr və texniki işçilər

- Yeraltı qazma, qaz kəməri çəkilişi üzrə işçilər

• Ağır və zərərli istehsalat sahələri

- Metallurgiya və metal emalı işçiləri

- Kimya sənayesi üzrə operatorlar və texniki heyət

- Neft və qaz hasilatı, qazma və nasos operatorları

- Radioaktiv və təhlükəli maddələrlə işləyənlər

- Yüksək temperatur və yüksək təzyiq şəraitində işləyən işçilər
• Dənizdə və platformalarda çalışan işçilər

-Dəniz özüllərində stasionar kran operatorları

- Dəniz nasos qurğularının operatorları

- Neftçilər və qazçıxarma sahəsi üzrə mütəxəssislər

• Texniki və ağır fiziki əməyin tələb olunduğu peşələr

- Nasos qurğularının maşinistləri

- Qaz yığılması və paylanması üzrə operatorlar

- Texnoloji boru kəmərlərinin quraşdırıcıları

- Əmtəə operatorları

- Ağır texnika idarə edən mexaniklər və operatorlar

• Metallurgiya və emal sahələri (2025-ci ilin yenilikləri)

- “Qızıl otağı” nəzarətçiləri

- Metalın qırılması, daşınması və topaqələviləşdirilməsi üzrə operatorlar və nəzarətçilər

- Metallurqlar

Güzəştli pensiya hüququ yalnız peşənin adından asılı olmayaraq, işin təbiətinə və şəraitinə görə müəyyən edilir. Belə ki, işin zərərli və təhlükəli olması, yəni sağlamlığa təsir edən faktorlar nəzərə alınır.

Siyahı mütəmadi olaraq yenilənir. Yeni texnologiyalar, dəyişən iş şəraiti və sənaye inkişafı nəticəsində siyahıya əlavə olunan peşələr və iş sahələri yenilənir, artıq aktual olmayan peşələr isə siyahıdan çıxarılır. 

Güzəştli pensiya almaq üçün işçinin uzunmüddətli əmək fəaliyyəti olmalıdır. Yalnız həmin peşədə müəyyən müddət çalışmış və bu müddət rəsmi sənədlərlə təsdiqlənmiş şəxslər güzəştli pensiya hüququna malik olurlar.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: pensiya dəyişiklik

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri