Icma.az
close
up
RU
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?

Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 iyun, AZƏRTAC

Əmək Məcəlləsinə əsasən, bir sıra kateqoriyalara aid işçilərə əsas məzuniyyətdən başqa, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, əmək stajı, habelə ailə vəziyyəti nəzərə alınmaqla əlavə məzuniyyət də verilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlik tələb edən işçilər 6 təqvim günündən az olmamaqla əlavə məzuniyyətlə təmin edilirlər. Əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı isə müvafiq qaydada təsdiq edilir.

Əmək stajına görə əlavə məzuniyyət hüququ işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu staj dövrü 5 ildən 10 ilədək olduqda 2 təqvim günü, 10 ildən 15 ilədək olduqda 4 təqvim günü, 15 ildən çox olduqda 6 təqvim günü əlavə məzuniyyət verilir.

Qanunvericilikdə uşaqlı qadınlar üçün də əlavə məzuniyyət hüququ müəyyən olunub. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, 14 yaşınadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən atalar, həmçinin uşaqları övladlığa götürmüş şəxslər də bu hüquqdan istifadə edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri