Icma.az
close
up
RU
Kimlərinsə dudkası ilə oynayan ekoaktivist Qreta, axı sən kimsən?!

Kimlərinsə dudkası ilə oynayan ekoaktivist Qreta, axı sən kimsən?!

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib uğurla keçirməsi, sözün əsl mənasında anti-Azərbaycan qüvvələrin və erməni lobbisinin yuxusuna haram qatıb. COP29-u boykot taktikası uğursuzluğa düçar olan - başda Fransa, Niderland olmaqla bəzi Avropa ölkələri və erməni lobbisi hər vasitə ilə yüksək səviyyədə keçirilən tədbirə kölgə salmaq istiqamətində iyrənc, çirkin  oyunlarını davam etməkdədirlər. Bu dəfə həmin güclər bəzi güclərin əlində alət olan özünü ekoaktivist adlandıran, Asperger sindromlu Qreta Tunberqdən faydalanmağa çalışırlar. Bu məqsədlə həmin güclər  bu gənc xanımı İrəvana gətizdirib əlinə hazır  mətn verib Azərbaycan əleyhinə danışdırmaqdadırlar".

Bunu Ölkə.Az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

O bildirib ki, artıq Qreta dünyada artıq ekoaktivist kimi deyil, bəzi güclərin əlində alət rolunda çıxış edən birisi kimi tanınır: "Hətta rusiyalı jurnalist Vladimir Solovyov öz "Telegram" kanalında Qreta haqqında yazaraq bildirib ki, bəziləri onu kapitalist lobbisinin əlində alət kimi görür. 

Hətta RF prezidenti Vladimir Putin onun haqqında çıxış edərək deyib: "Qreta mehriban və səmimi qızdır. Amma kimsə uşaqları və yeniyetmələri öz maraqları üçün, hətta belə nəcib məqsədlərə çatmaq üçün istifadə edəndə, bu, ancaq qınanmağa layiqdir”.

Dünya mediasında Tunberqin valideynlərinin və PR menecerlərinin yaxşı yaradılmış siyasi layihə olması barədə fikirlərə tez-tez  rast gəlmək olar. Elə onun Ermənistana gəlməsi faktı da bunu deməyə əsas verir. Çünki Qretanı Ermənistan özü deyil, hansısa qüvvələrin əli ilə gətizdirilib.  

Qreta özü Azərbaycan haqqında geniş bilgiyə malik deyil. Sadəcə onun əlinə mətn verilib ki, belə çıxış et, o da tekstə uyğun danışır. Sual oluna bilər, əgər o, doğrudan da ekoaktivistdirsə, onda niyə ekologiyadan, qlobal iqlim problemlərindən danışmır?! Axı, o, bir kəlmə də olsun, bu barədə söz deməyib. Əgər ekologiya və ya iqlim böhranından danışsaydı, bəlkə də, onu haradasa başa düşmək olardı? Ancaq ekologiyaya, iqlim problemini kənara qoyub siyasi məsələlərdən danışır. Bir xalqa qarşı hərbi cinayətlər, soyqırım, terror törədən separatçı və terrorçuları dəstəkləyir. Hansı ki, bu separatçı və terrorçular Avropadakı himayədarlarının əli ilə Cənubi Qafqazda qanunsuz fəaliyyətləri ilə ciddi ekoloji problemlər yaradıblar. Belə bir "ekoaktivist"in  qlobal iqlim probleminə obyektiv yanaşmasına necə inanmaq olar?! Onun bu hərəkətini ancaq və ancaq bəzi qüvvələrin əlində alət olaraq qlobal iqlim dəyişikliyinə qarşı effektiv mübarizəni təşkil etmək məqsədilə beynəlxalq həmrəyliyin əldə olunmasına maneə kimi dəyərləndirmək olar. Bu onu sübut edir ki, o kiminsə "dudkası" ilə hərəkət edir. Əslində, o bu addımı ilə özünü ifşa etmiş oldu. Bir də axı, sən kimsən? Sadəcə, maraqlı qüvvələrin əlində alət olub şişirdilən şarsan".

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Noyabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri