Icma.az
close
up
RU
Kimlərinsə haqqında fikir yazmaq ənənəsini dəyişmək vaxtı çatmışdır

Kimlərinsə haqqında fikir yazmaq ənənəsini dəyişmək vaxtı çatmışdır

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kimlərinsə haqqında yubileydən-yubileyə, hər hansı tarixi günlə bağlı fikir yazmaq ənənəsini dəyişmək vaxtı çatmışdır- elə adamlar, tarixi şəxsiyyətlər, görkəmli elm adamları, məşhur alimlər var ki, onlar haqqında yalnız ildə bir dəfə - doğum günündə və ya peşəsi ilə bağlı tarixi anım günündə danışmaq azdır, onları hər an xatırlamaq, xidmətlərini qiymətləndirmək, gördükləri böyük işləri nəsildən- nəsilə ötürmək vacibdir.
Cəmiyyət qarşısında xidmətləri, elm sahəsindəki nailiyyətləri, gənc nəslin tərbiyəsinə və elmi işlərdəki uğurlarına dəstəyi, gənc tədqiqatçıların beynəlxalq arenaya çıxması, öz çıxışları ilə elmi dairələrdə diqqəti cəlb etmələri, elmi məqalələrinin beynəlxalq jurnallarda nəşrinə dəstəyi ilə seçilən çox da olmayan alimlərimizin adını yaşatmaq, onu tanımaq, onun iş üsulunu, insanlara olan qayğısını, öz işinə olan bağlılığını həmişə xatırlamaq lazımdır. Belə alimlərimizdən biri də Bakı Dövlət Universitetini bitirdikdən sonra həyatını Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə bağlayan riyaziyyatçı- proqramçı-mühəndis, elmi işçi assisent, dosent, professor, doktorantura şöbəsinin müdiri və elmi işlər üzrə prorektor vəzifəsində çalışmış LƏTAFƏT ABBAS qızı QARDAŞOVADIR.

Lətafət xanım 1973-1983-cü illərdə Zaqatala və sonra Bakı şəhəri 1 nömrəli Fizika-riyaziyyat təmayüllü orta məktəbdə oxumuş və BDU-nun "Tətbiqi-riyaziyyat" fakültəsini bitirmişdir. 1999-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi, 2006-cı ildə isə dosent elmi adı almışdır. 2014-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, texnika elmləri üzrə elmlər doktoru elmi dərəcəsi, 2023-cü ildə isə professor elmi adı almışdır.

Professor Qardaşovanın elmi rəhbərliyi ilə 1 nəfər elmlər doktoru proqramı üzrə, 6 nəfər fəlsəfə doktoru üzrə elmi dərəcə almış, hal-hazırda 4 PhD və 1 nəfər elmlər doktoruna rəhbərlik edir. Scopus elmi metrik bazasında H- indeksi 10-dur, 195 elmi məqalənin, 2 dərslik, 17 dərs vəsaitinin, 3 monoqrafiyanın (onlardan biri ingilis dilindədir) müəllifidir, Q 1 və Q 2 kvartilli Applied mathematics və Optimal Control, Applications and Methods jurnallarının rəyçisidir.
Professor 2020-ci ildən Qeyri-səlis, intellektual sistemlərin və süni intellekt vasitələrinin tətbiqi beynəlxalq konfranslarında rəyçi, təşkilat komitəsinin, proqram komitəsinin üzvü kimi iştirak edir-o Türkiyə, İran, Polşa, Portuqaliya, ABŞ, Çexiya, Monteneqro, Ukrayna, Özbəkistan, Avstriya, İtaliya, Macarıstan və İngiltərədə keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

L. A. Qardaşova 2002-ci ildə "XXI əsrin gənc alimi", 2017-ci ildə " 2016-cı ilin alimi" mükafatı və medalı almış, AR Prezidenti yanında elmin inkişafı fondu, 2020-ci ildə "Əməkdar elm xadimi" fəxri adı və medalı ilə təltif olunmuşdur, 2019-cu ildə AXC-nin 100 illiyi və 2021-ci ildə ADNSU-nun 100 illiyi medalı almışdır.
2018-ci ildə elmin inkişafı fondunun "Dərinə gömülmüş təbii neft-qaz rezervuarlarının petrofiziki xüsusiyyətlərinin proqnozu qrant layihəsinə, ADNSU-nun " Universitet qrantı" elmi layihəsinə, 2023-cü ildə "Qarabağ-Azərbaycadır" məqsədli qrant müsabiqəsinə, "İqlim dəyişikliyinin Qarabağın su resurslarına təsirinin innovativ metodlarla qiymətləndirilməsi" layihəsinə rəhbərlik etmişdir.

O, ADNSU ilə Berkli, Kaliforniya Universitetinin birgə "Z numbers and its application" layihəsində iştirak edir. Professorun elmi-tədqiqatlarının istiqamətləri sistemli analiz, İdarəetmə və informasiyanın işlənməsi Soft Kompütinq texnologiyaları, Qərar qəbuletmə nəzəriyyəsi və onun tətbiqləri, Süni intellekt və hesablama intellektidir.
Tarixdə az adamlar adını yaxşı əməlləri, xoş və xeyirxah işləri, mehriban davranışı ilə qəlblərdə əbədiləşdirir - məhz Lətafət xanım yetkin şəxsiyyət, gözəl alim, Azərbaycan elmində öz dəsti-xətti, xüsusi məktəbi olan mütəfəkkir, qayğıkeş həyat yoldaşı, bəxtəvər ana, mülayim qaynanadır- ADNSU-nun tarixinə öz adını qızıl hərflərlə yazan, ADNSU-nun elmi işlər sahəsindəki uğurları ilə böyük bir epoxada iz qoyan professor - xanım kimi bu gün Universitetin qazandığı reytinqlərdə xüsusi rolu danılmazdır - Lətafət xanım Qardaşova ADNSU-nun canlı əfsanəsi kimi hamımızın qəlbində özünə yuva qura bilmiş müdrik filosofdur...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Avqust 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri