Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Kimsə kiməsə dərs verməyi düşünürsə...” Elşən Musayev

“Kimsə kiməsə dərs verməyi düşünürsə...” Elşən Musayev

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün mən, bütün dünyanın fokuslandığı Venesuela və İran, Maduro və Xamenei haqda danışmayacağam. Bu gün mən, fövqəlgüclərin Vanqa, “WikiLeaks”, “UNO” üzərindən ötürdüyü mesajlar, qlobal sferadakı “razborka”lar, “alış - verişlər”, “bazarlıqlar” haqda da danışmayacağam.

Bu gün mən, sadəcə bəzi həssas mövzularla bağlı öz subyektiv qənaətlərimi sizlərlə bölüşməyə çalışacam.

Əvvəla, əgər hələ də kimsə düşünürsə ki, dünya qarışıb, xaos mərhələsinə girib, ay nə bilim, nizam pozulub, ara qarışıb, məzhəb itib - inanın, elə deyil.

Dünya, çox gözəl də idarə olunur. Üstəlik, sistemli, rentabelli və korrekt.

Ayrıca, geniş diapazonda, yəni beynəlxalq miqyasda kimin kimlə problemi varsa və ya kimsə kiməsə “dərs verməyi” düşünürsə, onu da elə bir konseptə, “əsaslandırma çərçivəsinə” salaraq edir ki, geriyə yalnız təfərrüatlar qalsın.

Haşiyə: Nə zamansa yolu Asiya ölkələrindən birinə düşənlər yəqin dediklərimi təsdiqləyərlər: Orada minik vasitəsi (əsas da taksi) kimi istifadə olunan “Tuk - tuk”lar elə bir şəkildə idarə olunur ki, daha dəqiq desəm: sürücülər ələlxüsus da ötmə əməliyyatını elə bir təhlükəli formada icra edirlər ki, adama elə gəlir, bu dəqiqə toqquşacaqlar. Bəzən, hətta arada santimetr də deyil, məhz millimetr məsafəsi qalır, eyni proses gündə 115 dəfə təkrarlanır, bir anlıq düşünürsən, vəssalam, vurdu, dəydi, batdıq, getdik - Amma yox! Nəticə etibarilə toqquşmurlar. Nə hikmətdirsə, nə mexanizmdirsə, nə qanunauyğunluqdursa - toqquşmurlar!

Bax, bu gün mən, dünyada baş verənləri təxminən, həmin “Tuk - tuk” içində yaşanan hisslərə, seyrlərə, müşahidələrə bənzədirəm.

An etibarilə sanırsan, kimsə, nəyisə təsadüfən etdi. Ya da hansısa proses öncədən düşünülmədən, planlanmadan, inersiya qaydasında reallaşdı.

Fəqət, xeyr! Əmin olun: xeyr! Təsadüflər dövrü çoxdan bitib.

Və ya: Əgər sağ göstərilərək sol vurulursa, bilin ki, elə əvvəldən sol nəzərdə tutulub. Yəni qərar sonradan dəyişməyib, sadəcə dəyişdirilibmiş kimi göstərilib.

Əgər beynəlxalq hüquq beynəlxalq münasibətlərin üzərində heç bir təsir gücünə malik deyilsə, bilin ki, elə bu məramla da yaradılıb. Yəni malik olmamaq üçün!

Niyə?!

Çünki “qayda = güc”, “güc = haqlı” düsturu öz funksionallığını saxladığı, saxlayacağı müddətcə beynəlxalq hüququn, beynəlxalq təşkilatların nəzəri təyinatı əsla və əsla tam qənaətbəxş icraata çevirilə bilməz! Çünki tarix, zaman və əsrlər boyu formalaşmış “ənənələr” də təsdiq edir ki, sülhlə savaş, demokratiya ilə zor, hüquqa tabeliklə nihilizm arasındakı balans bəzən bir tək düşüncələrin, arzuların məhsulu olaraq deyil, həm də planetin hər nöqtəsi üçün öncədən çəkilən tablonun konkret ştrixi fonunda tənzimlənir. Çünki hər dövrün, hər qərinənin, hər epoxanın taleyinə məcburi şəkildə yazılmış “pandemiya kabusu”ndan, “Antanta” məhkumiyyətindən “Nürnberq zərurəti”ndən qaçış mümkünsüzdür və eyni zamanda, ümumbəşəri iradəni daim tonusda saxlamaq istəyənlərin məlum istəklərinə qarşı getmək də (xalqlar və liderlər kontekstində) son dərəcə böyük güc, iradə və ağıl tələb edir. Nəhayət; Çünki ədalətin deyil, ətalətin dominant olduğu qlobal meydanda beynəlxalq təşkilatın da, beynəlxalq hüququn da əvəzinə, hər işi özün görməlisən! Sadəcə özün!

Bu səbəbdən, indiki situasiyada, məsələn, Makron, Şvabe kimi hüquq və ədalət düşmənləri Maduronun hüquqları, beynəlxalq hüququn prinsipləri haqda danışarkən, dərhal ortalığa güllə itiliyində suallar çıxır: Hansı Makron? Uzun illər boyunca erməni qəsbkarlara dəstək verən, hətta Vətən Müharibəsinin gedişində belə bizi şantaj edən Makron? Hansı Şvabe? Nasizm ideologiyasına xidmət etdiyi üçün oxuduğu Universitetdən 3 dəfə qovulan Şvabe? 500 avro müqabilində arayış yazan Şvabe? Demokratiya sözünün kökünü bu günə qədər “demos” deyil, “demokl” kimi qavrayan Şvabe?!

Bu səbəbdən, “BMT yaxın günlərdə Venesuela ilə bağlı xüsusi iclas çağıracaq” tipli başlıqlara rastladığın andaca...Ritorika dinc dayanmır, dövrəyə girir və adamın başı üzərini kəsdirir: Hansı BMT? Qəbul etdiyi 4 qətnaməni Ermənistana 30 il icra elətdirə bilməyən BMT?

İllər öncə, 6 - cı sinifdə oxuyan qızıma: “Niyə sabahkı dərsinə hazırlaşmamısan?” sualını ünvanlayarkən, onun mənə verdiyi cavab belə olmuşdu: “Ata, sabahkı mövzumuz “Ahəng qanunu”dur və baxıram ki, “ahəng” sözünün özündə ahəng qanunu pozulub. Mən bunun nəyini oxuyum?

İndi, misalı həmin söhbətə yaxın:

Beynəlxalq hüquq hazırki durumda hüquqqoruma işindən başqa hər şeylə (imitasiya ilə, bleflə) məşğuldursa, biz onun nəyinə inanaq?

Beynəlxalq hüquq özü öz başına çarə axtarırsa, onun özünün hüquqlarını qorumaq üçün vəkilə ehtiyac varsa, biz hüququn bu illüziv, mənasız, məchul sahəsinə necə inanaq? Nə deyib inanaq?

Nə isə...

***

Tam səmimi sözümdür: Dünəndən etibarən sırf bu yazının sonluğunu vermək və Azərbaycanımızla bağlı söyləyəcəyim fikrə heç olmazsa bir ayrı nümunə də pərçimləmək üçün analoq axtarmışam. Ki, baxın, filan dövlət də eynən bizim kimi bütün regional təhdidlərdən yayına, müharibə nəticəsində öz torpaqlarını işğaldan azad edə, həmin müharibədəki maliyyə və güc itkisinə rəğmən (yenə də) büdcəsini artıra, milli maraqları ən yüksək səviyyədə qoruya, müstəqil siyasətini bu qədər mükəmməlliklə yürüdə bilib...

Amma o “filan”ı tapa bilməmişəm! Alternativ tapa bilməmişəm!

Çünki yoxdur, belə analoq.

Çünki Azərbaycandan başqa yoxdur belə nümunə!

Ona görə, bu günlərin, bu xoşbəxtliyin qədrini bilin, əzizlərim!

Qürurla, alnıaçıq, rahat, təhlükəsiz yaşamağın qiymətini bilin, əzizlərim!

Bəxtimizə, qismətimizə yazılan ən gözəl hadisənin - İlham Əliyev kimi Liderə sahib olmağın, belə ləyaqətli Prezidentlə yola davam etməyin dəyərini bilin, əzizlərim!

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Yanvar 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri