Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Əvvəldən tapşırılmamısansa, sənə imkan verməyəcəklər!” Elşən Musayev

“Əvvəldən tapşırılmamısansa, sənə imkan verməyəcəklər!” Elşən Musayev

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Cənab Prezident İlham Əliyevin Avropa Şurası və Avropa Parlamenti haqda söylədiyi fikirlər həqiqətin də, doğrunun da kulminasiyasıdır və eyni zamanda bu qurumların iç üzünü, əsl simasını göstərən ən mükəmməl təsvirlərdən biridir...

Mən də düz 5 il boyunca AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü olmuşam. Ona görə (mətbəxə az-çox bələd olduğum üçün) məlum kontekstdə bəzi fikirlərimi hörmətli oxucularla bölüşmək istəyirəm.

Əvvəla, ondan başlayım ki, Avropa Şurası Avropa Parlamentinin daha kustar, daha maketik, daha “dişsiz” formasıdır. Obrazlı desək: Biri ana balinadırsa, digəri bala balinadır. Biri rüşvətxordursa, digəri iri masştablı korrupsionerdir.

İkincisi... Xislətlərinə azca bələd olan kimi anlayırsan ki, burada heç bir mövzu Komitə iclaslarında, Plenar iclaslarda, Büro müzakirələrində öz həllini tapmır. Tam əksi: Hansısa məsələni çözmək istəyirsənsə, daldadakı (konstruksiya tipli) otaqlarda separat danışıqlara getməli, bəzi maraqlı qüvvələrlə işbirliyi qurmalı, onlarla əməkdaşlığa meyl etməli və ən əsası: əlini daim cibində saxlamalısan...

Üçüncüsü... Fərq etməz, hansı ölkədən gəlmisən: Əgər yenisənsə, “təzə” deputatsansa, anındaca ruslar demiş, “puşka”ya götürüləcəksən: Ya, sənə bufetdə, kuluarlarda, zallarda, salonlarda -  əlində hansısa mübhəm sənədi bərk - bərk tutub gəzən şəxslər yaxınlaşacaq və o sənədə imza atmağını istəyəcək. Ya, yenicə rəsmən üzv olduğun ixtiyari qrupun təcrübəli “aragəziciləri” səni axşam yeməyində babat provokasiyaya çəkəcək və emosional vəziyyətdə şəxsindən söz almağa çalışacaq. Ya da oturduğun, qəhvə içdiyin, üzərinə kompüter qoyub yazı yazdığın masaya məqsədli şəkildə hansısa missioner göndəriləcək və daha sonra həmin şəxs öz aləmində səni (mədəni üslubla) “verbovka” etməyə çalışacaq.

Yaxşı bəs məqsəd?! Məqsəd sadədir: Tanıdıqları və ya ilk tanışdıqları hər kəsi öz oyunlarına alət etmək, öz günlərinə salmaq və bütün nümayəndə heyətlərinin içində bir nəfər də olsa operativ xəbər ötürən “canlı informasiya cihazı”na sahiblənmək!   

Dördüncüsü... Nə “çörəkli” mövzular varsa, bunlar üçün ilk və son prioritet odur! Vəssalam. Başqa heç nə! Özlərindən deyilsənsə, “kotyol mafiyası”na aidliyin yoxdursa, əvvəldən tapşırılmamısansa, (nə qədər qəribə səslənsə belə!), 5-lik dövlətlərinin ən az 1 ay öncədən hazırladığı konkret tezislərdə adın keçmirsə, o zaman illər boyunca gəlişin də, gedişin də protokol xarakterindən o yana keçməyəcək. Keçə bilməyəcək. Çünki imkan verməyəcəklər!

Yəqin bu səbəbdəndir ki, həm Avropa Şurası, həm Avropa Parlamenti, həm də digər üzdə olan beynəlxalq təşkilatlar az qala əsrin yarısına yaxın müddətdə Qarabağın işğalı ilə bağlı susqun qaldılar! 1 milyon qaçqın və köçkünün taleyi onları qətiyyən narahat etmədi. Ermənistan sanksiyaya məruz qalmadı. Terrorçu qınanmadı!

Hələ arada, iclas sonrası, bəzi “qırmızısifətlər” (aralarında təşkilat yetkililəri də vardı) utanmadan, abır etmədən deyirdilər ki, torpaqlarınız işğal olunub, gedin qaytarın da...

Torpağı özümüz qaytaracağıqsa, o zaman sən kimsən, sən nə işlə məşğulsan?

Torpağı özümüz geri alacaqdıqsa, o zaman siz niyə ortalıqda “ağsaqqal məsləhəti” verirdiniz?

Öz gücümüz sizin topanızın, komunuzun mövqeyindən, ələlxüsus da BMT-nin 4 Qətnaməsindən daha hökmlü, daha faydalı, daha qüdrətlidirsə, o zaman hansı mənəvi və hüquqi haqla dünyaya meydan oxumağa çalışırsınız?!

Ədalətin də, həqiqətin də axırına çıxdınız...

Beynəlxalq hüququn anasını, bacısını, xalası və əmisi qızlarını fərqli-fərqli otaqlarda ağlar günə qoydunuz!

Adından “həşəmət” yağan o boyda Avropa Şurasını Şvabe kimi “makler”in oylağına, Avropa Parlamenti kimi “bazburut” qurumu 5 manata boyun əyənlərin, korrupsiyanın nəzəriyyəsini, əsasnaməsini, hətta doktrinasını yazanların yuvasına çevirdiniz.

***

Ona görə də bu gün kimisə hədəf alarkən, mahiyyətiniz və nüfuzunuzla uyğunluq təşkil etməyən “yekə - yekə” qərarlar imzalayarkən, böyük “paketlər” müqabilində tragikomik sanksiyalar peydahlayarkən son dərəcə ehtiyatlı olun, cənablar!

Ehtiyatlı olun ki, sabah sillə və güllə kimi cavablara qonaq edilməyəsiniz!

P.S. Bir məqamı altını çizərək, xüsusi vurğulayım: Adıçəkilən bütün beynəlxalq təşkilatlarda vicdanlı və ləyaqətli insanlar da fəaliyyət göstərir. Amma nə təəssüf, onlar daim azlıqdadırlar və çox güman, əbədiyyən həmin azlıq statusunda qalacaqlar...

Elşən Musayev

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Sentyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri