Kimsə müftə pul yemək istəyirsə, bizə aidiyyəti yoxdur Fazil Mustafa
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə mətbuata birgə bəyanatında bildirib ki, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.
Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, bu fikirlər tamamilə məntiqlidir.
"Bunu Prezident tərəfindən görüşdə dilə gətirilməsi, Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir. ATƏT-in Minsk qrupuna artıq ehtiyac yoxdur, problem həllini tapıb. Kimsə müftə pul yemək istəyirsə, getsin Samoa adaları üzərində bu vəsaiti yesin, bizə aidiyyəti yoxdur. Azərbaycanda bu gün konfliktli ərazi məsələsi yoxdur. Separatçılığın izləri qalmayıb. Özlərinin başqa cür maddi ehtiyaclarını təmin etsinlər. Çox doğru və tutarlı bir arqumentdir. Eyni zamanda, sülh müqaviləsində də Azərbaycanın şərtlərinə əməl olunmalıdır. Əks halda, sülh müqaviləsinin gələcəyini təminat altına almaq mümkün deyil. Almaniya başçısı ilə görüşdə dövlət başçımız tərəfindən çox ciddi mesajlar verildi. Fikrimcə, mesajlar ciddi formada izlənilib və diqqətə alınacaq", - deyə millət vəkili vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















