“Kimya laboratoriyasında keyfiyyətə əminlik” mövzusunda təlim keçirilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 21 oktyabr, AZƏRTAC
“LEF Network Azerbaijan” və Finlandiya Ətraf Mühit İnstitutunun (SYKE) dəstəyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Mərkəzi Laboratoriyası təlim təşkil edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Kimya laboratoriyasında keyfiyyətə əminlik” adlı təlim ADSEA Hövsan Təlim Tədris Mərkəzində keçirilib. Təlim bu sahədə tanınmış mütəxəssilər Dr.Teemu Naykki və Dr. Riitta Koivikko tərəfindən aparılıb. Mərkəzi Laboratoriyanın müdiri Elçin Əliyevin sözlərinə görə beynəlxalq təcrübəyə əsaslanan mövzular - validasiya, verifikasiya, qeyri-müəyyənliyin hesablanması iştirakçılar tərəfindən böyük marağa səbəb olub.
Praktiki məşğələlər və sual-cavab sessiyaları zamanı iştirakçıların aktiv iştirakı təlimin vacibliyini təsdiq edir. Təlimdə Xidmətlə yanaşı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycanın aparıcı şirkətlərinin 60 laboratoriya mütəxəssisləri iştirak ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 21 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















