Icma.az
close
up
RU
Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA-nın Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Heydər Əliyev və Azərbaycan kimya elminin perspektivləri, Prezident İlham Əliyevin Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında 2025-ci il 4 aprel tarixli Sərəncamından, habelə Rəqəmsal İnkişaf Konsepsiyasından, 2025–2028-ci illər üçün süni intellekt Strategiyasından irəli gələn vəzifələrin icrası, “2026-2030-cu illərdə Kimya Elmləri Bölməsi üçün yol xəritəsi”, hesabatlar və digər məsələlərdən danışılıb.

İclasda çıxış edən Kimya Elmləri Bölməsinin sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Elmlər Akademiyasının, bütövlükdə Azərbaycan elminin böyük hamisi idi. Hələ ötən əsrin 70-ci illərində akademiya onun dəstəyilə özünün kadr potensialını yaratmışdı. Müstəqillik illərində Ulu Öndərin söylədiyi “Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq” fikirləri bütövlükdə Azərbaycan elminə, akademiya əməkdaşlarına verilən ən yüksək qiymət idi.

Akademik iclasda Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında 2025-ci il 4 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Müəssisələrin publik hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq.

Dilqəm Tağıyev Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyasının əhəmiyyətindən də danışıb, bu sənədin dövlət qurumlarının rəqəmsal fəaliyyətinin vahid mərkəzdən idarəsinə və sistemləşdirilməsinə təkan verəcəyini söyləyib.

Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt Strategiyasından söz açan akademik bildirib ki, süni intellekt aləti vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxta qənaət, etibarlı və aktuallığı təsdiqlənmiş mənbələrə əsaslanaraq tədqiqat keyfiyyətinin artırılması mümkündür. Süni intellektin imkanlarından istifadə fundamental tədqiqatları daha çevik, geniş mənbələr əsasında sürətli şəkildə həyata keçirməyə imkan verəcək.

Daha sonra akademik AMEA-nın 2025-2030-cu illərdə “İnkişaf strategiyası və yol xəritəsi”, Kimya Elmləri Bölməsinin verdiyi təklifləri və qarşıda duran vəzifələrdən danışıb. Alim bildirib ki, Azərbaycanda kimya elmləri sahəsində dayanıqlı inkişafa nail olmaq üçün neft kimyası və üzvi kimya, kataliz və fiziki kimya, qeyri-üzvi materialşünaslıq, polimerlər kimyası və kimya mühəndisliyi istiqamətlərini elmi tədqiqatlar sırasına aid etmək olar. Konkret olaraq yaxın 5 ildə yaşıl enerji təchizatçısına çevrilmək üçün prioritet istiqamətlər üzrə, o cümlədən hidrogen energetikası, biokütlənin emal problemləri, yaşıl və sirkulyar texnologiyaların yaradılması, zəhərli qazların zərərsizləşdirilməsi və s. istiqamətlərdə tədqiqatlar aparılmalı, yaşıl dünya prinsiplərindən istifadə etməklə perspektiv tədqiqatlara üstünlük verilməlidir.

Sonra akademiklər Vaqif Fərzəliyev, Vaqif Abbasov, Adil Qəribov, AMEA-nın müxbir üzvü İslam Mustafayev və başqaları Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı gördüyü işlərdən danışıblar, eyni zamanda, iclasın gündəliyinə daxil edilən məsələlərə münasibət bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri