Icma.az
close
up
RU
Kimyanın müasir çağırışları adlı konfransa 200 dən çox məqalə təqdim olunub

Kimyanın müasir çağırışları adlı konfransa 200 dən çox məqalə təqdim olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə, 23 may, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konfransdan əvvəl iştirakçılar Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra qonaqlar Gəncə Dövlət Universitetinin V tədris korpusunda Ulu Öndərə həsr olunmuş kitab və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Ulu Öndərin zəngin siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Beynəlxalq konfrans yaşıl və dayanıqlı kimya, ekoloji təmiz proseslər, alternativ enerji, tullantısız texnologiyalar, ətraf mühitin mühafizəsi, aqrokimya, biokimya, kimyəvi materialşünaslıq və nanotexnologiyalar, fundamental və tətbiqi kimya, neft-kimya, kataliz, sənaye prosesləri, enerji sistemləri və innovativ texnologiyalar kimi istiqamətləri əhatə edib. Konfrans çərçivəsində təqdim olunan 200-dən çox elmi məqalə iki cilddən ibarət topluda nəşr olunub.

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərindən danışıb. Rektor bildirib ki, Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlər Azərbaycan tarixində quruculuq, tərəqqi və inkişaf mərhələləri kimi xüsusi yer tutur.

Qeyd olunub ki, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadi inkişafın sürətlənməsi və kimya sənayesinin yüksəlişi birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyəti illərində neft-kimya sənayesinin inkişafına xüsusi diqqət ayrılıb, yeni müəssisələrin yaradılması və mövcud istehsal sahələrinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Vurğulanıb ki, bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və hazırda ölkədə kimya sənayesinin inkişafı prioritet istiqamətlərdən biri hesab olunur.

Yusif Yusibov “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfransın elmi əməkdaşlığın genişlənməsi, innovativ tədqiqatların təşviqi və gənc alimlərin elmə marağının artırılması baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov isə çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdən milli elmi kadrların hazırlanmasına xüsusi önəm verdiyini bildirib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi “neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasının bu gün uğurla davam etdirildiyini vurğulayıb.

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov müasir dövrdə kimya elminin qarşısında duran çağırışlardan, neft-kimya sənayesində innovativ yanaşmaların tətbiqindən bəhs edib. O, beynəlxalq konfransların yeni elmi istiqamətlərin formalaşmasına və birgə tədqiqat imkanlarının genişlənməsinə mühüm töhfə verdiyini bildirib.

Çeçen Dövlət Pedaqoji Universitetinin elmi və beynəlxalq fəaliyyət üzrə prorektoru, dosent Tamara Avtayeva elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışaraq, belə tədbirlərin ali təhsil müəssisələri və tədqiqatçılar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Daha sonra Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin Qeyri-üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Andrey Şevelkov və Ukraynanın Kiyev şəhərində fəaliyyət göstərən Su və Ətraf Mühit Mühəndisliyi Milli Universitetinin professoru Mykolo Moroz video bağlantı vasitəsilə konfransa qoşularaq iştirakçılara uğurlar arzulayıblar.

Konfrans çərçivəsində ARETN Murtuza Nağıyev adına Kimya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı “Tipoloji izolyatorlar və materialşünaslıq sahəsində yeni tədqiqatlar” mövzusunda geniş məruzə ilə çıxış edib.

Beynəlxalq konfrans bölmə iclasları ilə işini davam etdirib.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see367

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see331

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see298

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see282

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see277

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see277

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see268

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see259

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see252

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see249

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see248

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see242

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see238

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see228

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see221

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see214

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see203

Osasuna azlıqda qaldığı matçda rəqibi məğlub ETDİ

23 Noyabr 2026 00:19see185

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see184

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri