Icma.az
close
up
RU
GDU da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib

GDU da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib. 

Modern.az xəbər verir ki, konfransdan öncə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb. Daha sonra konfrans iştirakçıları Gəncə Dövlət Universitetinin V tədris korpusunda təşkil edilmiş Ulu Öndərə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib. Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Elmi konfransda Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov,  YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev, ARETN Murtuza Nağıyev adına Kimya İnstitunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktoru Zaur İmrani, Çeçen Dövlət Pedaqoji Universitetinin rektoru İsmail Bautdinoviç Bayxanov, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər.

Elmi  konfrans Yaşıl və dayanıqlı kimya, Ekoloji təmiz proseslər, alternativ enerji, tullantısız texnologiyalar, ətraf mühitin mühafizəsi, aqrokimya, biokimya, kimyəvi materialşünaslıq və nanotexnologiyalar, fundamental kimya: üzvi, qeyri-üzvi, fiziki kimya və analitik kimya, nəzəri və eksperimental tədqiqatlar, tətbiqi kimya və kimyəvi texnologiyalar, sənaye prosesləri, kataliz, neft-kimya, enerji sistemləri və innovativ texnologiyalar və s. elmi istiqamətlərə olunub.  Mövzu ilə bağlı 200-dən çox məqalə 2 cilddə kitabda nəşr olunub.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb.    Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, respublikamızın  nail olduğu yüksək iqtisadi inkişaf,  o cümlədən, kimya sənayesinin inkişafı  Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin hakimiyyəti illərində ölkədə neft-kimya sənayesinin inkişafına xüsusi diqqət ayırmış, yeni kimya müəssisələrinin yaradılması, mövcud istehsalatların müasirləşdirilməsi sahəsində işlər xeyli sürətlənmişdi. O da qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi, kimya sənayesinin inkişafına böyük önəm verilir.
Rektor Yusif Yusibov çıxışında “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfransın əhəmiyyətindən danışıb, belə beynəlxalq elmi platformaların alimlər arasında əməkdaşlığın genişlənməsinə, innovativ tədqiqatların təşviqinə və gənc tədqiqatçıların elmi fəaliyyətə marağının artırılmasına mühüm töhfə verəcəyini bildirib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən güclü milli elmi kadrların yetişməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib, bu gün də  cənab Prezident İlham Əliyevin ölkəmizin qüdrətinin daha da artırılması üçün neft kapitalının insan kapitalına çevrilməsi strategiyasını uğurla həyata keçdiyini vurğulayıb.
AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək müasir dövrdə kimya elminin qarşısında duran aktual məsələlərdən, neft-kimya sənayesində innovativ yanaşmaların tətbiqindən bəhs edib. Beynəlxalq konfransların yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə və birgə tədqiqat imkanlarının formalaşmasına səmərə verəcəyini vurğulayıb, gənc tədqiqatçıların elmə marağının artırılması və onların beynəlxalq elmi mühitə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.

Çeçen Dövlət Pedaqoji Universitetinin Elmi və beynəlxalq fəaliyyət üzrə prorektoru, dosent Avtayeva Tamara çıxışında elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyət daşıdığını vurğulayaraq, belə beynəlxalq elmi tədbirlərin ali təhsil müəssisələri və tədqiqatçılar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Daha sonra Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin Qeyri-üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Andrey Şevelkov və Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən Su və ətraf mühit mühəndisliyi Milli Universitetinin professoru, Mykolo Moroz video  formatda konfransa qoşularaq uğurlar arzulayıblar.
Elmi konfrans çərçivəsində ARETN Murtuza Nağıyev adına Kimya İnstitunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı “Tipoloji izalyatorların və materialşünaslığı sahəsində yeni tədqiqatlar” mövzusunda geniş məruzə ilə çıxış edib.
Konfrans 4 bölmə iclası ilə davam edib.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 May 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri