Kinomuzun Mauqlisi Əməkdar artistdən həyat yoldaşına
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdar artist Gülzar Qurbanova rejissor həyat Elxan Cəfərovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktrisa həyat yoldaşını ad günü münasibəti ilə təbrik edərək, bunları yazıb:
"Gördüyünüz şəkillərdə iki ürək var. Amma bir ritmlə döyünür. Baxmayaraq, biz fərqli ünsürlərik: o torpaq (buğa), mən od (şir). Məhz bu ziddiyyət bizi bütöv edir. Həyat da bu cürdür - ziddiyyətlərin harmoniyasından doğan bir vəhdət. Birimiz torpağın dərinliklərinə, digərimiz səmaların sonsuzluğuna tutan bir bağıq. Və bu görünməz, möhkəm bağ sayəsində yalnız ailə yox, bir mənəvi ocaq qurmuşuq. Bu ocaq həm də sənətə xidmət, ruhani bir amal üzərində yanır. Biz bu dünyanın ritmini torpaqla göyün birliyində, ahəngində yazırıq. Bu yolun, bu birliyin adı bir vəddir - Azərbaycan mədəniyyətinə verdiyimiz sadiq, səssiz vəd!
Elxan gülümsəyib dedi: “Sən də məni təbrik eləsən, bu an tamamlanar”. Təbrik edirəm, kinomuzun Mauqlisi. Həyatının bu yeni başlanğıcı sənə uğur gətirsin”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 30 Aprel 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















