Icma.az
close
up
RU
Kinonun “kraliçası” Şəfiqə Məmmədovanın hekayəsi

Kinonun “kraliçası” Şəfiqə Məmmədovanın hekayəsi

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəmi 13 il fəal yaradıcılığı olan Şəfiqə Məmmədova yenidən gündəmdə - Xalq artistinin film kimi həyatı...

“Allah ikinizi də öldürsün - səni də, Hitleri də...”

Azərbaycan kinosunun son 100-150 ilində “TOP-10" ifadələrdən biri də bəlkə elə yuxarıda Xalq artisti Şəfiqə Məmmədovanın "Bizim Cəbiş müəllim" filmində dediyi sözlərdir.

...Kino ciddi sənətdir. Silahdır. Təbliğatdır. Kinonu qadın obrazı olmadan təsəvvür etmək isə həyatı elə qadınsız düşünmək kimi böyük boşluqdur. Azərbaycan kinosunun əvəzolunmaz aktrisaları var - Nəsibə Zeynalova, Hökumə Qurbanova, Amaliya Pənahova, Barat Şəkinskaya, Nəcibə Məlikova, Münəvvər Kələntərli və onlarla belə sənətkarımızın adlarını çəkə bilərəm. Hərgah yeni nəslin əksəriyyəti çətin ki onları tanısın.

Kinomuzun kraliçası

Şəfiqə Məmmədova da kinomuzun kraliçalarından biridir. Onun oynadığı rollar, yaratdığı obrazlar, səs tembri əsrarəngizdir. Kimsə onun təkrarı ola bilərmi? Əgər İtaliya, Fransa kinolarında rol alsaydı, dünyanın ən populyar aktrisalarından biri olardı.

Ötən həftə Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilən Şəfiqə Məmmədova indi tragikomik vəziyyətdə olan kinomuzun inkişafı üçün böyük işlər görmək məsuliyyətini öz üzərinə götürüb. Hərçənd kinomuzun düşdüyü vəziyyətdən çıxması üçün inqilabi işlər görüləcəyinə inam azdır. Amma bizim “Persona” rubrikasının bu həftə üçün parlaq və mərkəzi siması Şəfiqə Məmmədovadır.

Bəzən sual verirlər Şəfiqə xanım kimdir - Burla xatun, Gülya, yoxsa Cəbiş müəllimin arvadı? Məncə, baxır kimin yaddaşında necə qalıb. Əminəm ki, onu Cəbiş müəllimin arvadı obrazı ilə daha çox xatırlayırlar - “ataman” qadın, daşdan çörək çıxaran, yıxılan evin dirəyi olan bir ana.

Hətta Şəfiqə xanımın gözəlliyi, cazibədarlığını məşhur aktrisa Monika Belluçi ilə müqayisə edənlər də var. Bilmirəm, Şəfiqə xanıma kinomuzun “Monika”sı demək olarmı? Bəlkə elə kinomuzun Şəfiqəsi söyləmək lazımdır, ya da “Cəbişin arvadı”?

Yeri gəlmişkən, həmin filmdə Şəfiqə xanımın oynadığı obrazın doğrudan da adı yoxdur. Elə “Cəbişin arvadı” kimi gedir. Yəni film boyu onun heç bir yerdə adı çəkilmir.

Dərbənddən Bakıya gələn qız

Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. 1968-ci ildə ali təhsilini Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluq fakültəsində alıb. Şəfiqə Məmmədova Şekspirin “Hamlet” (Gertruda), Tolstoyun “Canlı meyit” (Maşa), Aytmatovun “Ana torpağı” (Cenşengülün arvadı), Cavidin “Xəyyam” (Sevda), Mirzə Cəlilin “Dəli yığıncağı” və onlarla pyeslərdə səhnə obrazları yaradıb. Ancaq biz onu daha çox kinolarda yaratdığı obrazlarla tanımışıq. O, “Qaraca Qız” (Pəricahan xanım), “Dədə Qorqud” (Burla xatun), “İstintaq” (Gülya), “Bizim Cəbiş müəllim” (Cəbişin arvadı), “Ad günü” (Fəridə), “Çarvadarların izi ilə” (Səriyyə) bədii filmlərinə çəkilib. Şəfiqə Məmmədova Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb.

Şəfiqə Məmmədovanın qardaşı Məmməd Məmmədov da aktyor olub. “Azərbaycanfilm” Kinostudiyasının ekranlaşdırdığı bir neçə filmdə (“Asif, Vasif, Ağasif”, “Burulğan” və s.) rolları ifa edib. Şəfiqə xanım görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Onların Ülvi adlı oğlu var. Ülvi Mehdi kinossenarist kimi fəaliyyət göstərir. Ülvi Mehdi 1996-cı ildə Sankt-Peterburq şəhərində ailə həyatı qurub, amma 2000-ci ildə xanımından boşanıb. Bu evlilikdən onun bir qız övladı var.

İki sevda çəkənlərin...

Tələbə yoldaşlarının sözlərinə görə, Şəfiqə xanımın çox gözəl səsi varmış. O, emosional, öz üzərində işləyən, sözün yaxşı mənasında “dəli-dolu” bir xanım olub. İnstitut illərində də həmişə göz qabağında olan, ən sayılan, seçilən tələbələrindən biri olmağı bacarıb.

O vaxt teatrın baş rejissoru yaradıcılığa, tamaşalara, aktyorlara - hamısına rəhbərlik edirdi. Tofiq Kazımov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Zəfər Nemətov kimi baş rejissorlar instituta gəlib həm tələbələrə dərs keçir, həm də o kursun tamaşalarına baxırdılar. Şəfiqə Məmmədovanın iştirakı ilə olan tamaşaları izləyən rejissor Tofiq Kazımov onu musiqili komediya fakültəsindən Akademik Milli Dram Teatrına aktrisa kimi dəvət edir.

Aktrisa iki dəfə ailə qurub. O, teatra gələndən bir müddət sonra rejissor Mehdi Məmmədovla tamaşalarda tərəf müqabili olur. Qarşılıqlı tandem, lirik qəhrəmanları oynamaqları onların arasında sevgi münasibətinin təməlini qoyur. Bir müddət sonra isə Şəfiqə Məmmədova aktrisa Barat Şəkinskayadan yeni ayrılmış Mehdi Məmmədovla ailə qurur. Şəfiqə Məmmədovanın ikinci evliliyi Rafiq Behbudov olub. Bu evlilikdən də aktrisanın Teymur adlı bir oğlu var.

Şəfiqə Məmmədova xeyli müddət dram teatrının aparıcı aktrisalarından biri olsa da, sonradan o, teatrdan küsüb gedir. Aktrisa bir müddət Akademik Milli Dram Teatrının direktoru olmuş Həsənağa Turabovun vəfatından sonra Dram Teatrına onun yerinə müdir təyin olunsa da, sonradan istefa verir.

O səhnə “Cəbiş müəllim”dən niyə silindi?

Aktrisa 1995-ci ildən 2000-ci ilə qədər deputat olub. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib. Şəfiqə xanıma kino sahəsində isə ən böyük məşhurluğu, dediyimiz kimi, “Bizim Cəbiş müəllim” filmindəki Cəbişin arvadı rolu gətirib. Filmlə bağlı bir müddət əvvəl müxtəlif fikirlər səslənib. Belə ki, “Bizim Cəbiş müəllim” filminin sonunda sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, filmin sonunda Cəbiş müəllimin arvadının alverçi qonşusu Əbülfəzlə ərinə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb.

Bu haqda aktrisa fikirlərini belə ifadə edib: “Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxırlar. Kim necə yozursa-yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosesində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədir ki, 69-cu ilin filmini qurdalayırlar? Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayırlar? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burada nə var ki? Yaradıcı insanlar elə görməyiblər deyə, filmə salmayıblar. Bu nə səviyyəsizlikdir?”

“Burla Xatun”un fərqi

Şəfiqə xanım “Cəbiş müəllimin arvadı” obrazında hər nə qədər diribaş, dildən pərgardırsa, “Dədə Qorqud” filmində onun yaratdığı “Burla Xatun” tamamilə onun əksidir. Burada biz kədərli, oğluna görə ah-nalə edən qara paltarlı qadın görürük. Özü də elin, soyun namusunun təcəssümü olan anadır. Filmdə ən az danışan personajlardan biri olsa da, Şəfiqə xanım plastikanın dili, vizual energetikası ilə bu qadının mükəmməl obrazını yaradıb. Onu qızmış Buğanın cəngindən qurtaran igidə (Qazana) vurulduğunu və bundan məmnun qaldığını aktrisa gözlərinin ifadəsi ilə çatdırır. Kinoşünaslar deyirlər ki, Şəfiqə Məmmədovanın yaratdığı hər bir obraz çox güclü psixoloji təsirə malikdir. Bu baxımdan, onun Azərbaycan kinosu və teatr səhnəsində özünəməxsus yeri olduğu vurğulanır. Səhnədən erkən gedən Şəfiqə Məmmədova uzun illərdir ki, nə teatrda oynayır, nə də kinoda. Dəfələrlə ona təklif olunan rollardan imtina edib. Səbəbini aktrisa ona uyğun ssenarinin yazılmamasında görür.

Teatrşünas-tənqidçi İlham Rəhimli deyir ki, Şəfiqə Məmmədova 37 yaşında səhnəni tərk edib. O, səhnədə də, kinoda da 13 il fəaliyyət göstərib. Çoxumuzun nəhs rəqəm kimi qəbul etdiyimiz 13 il Şəfiqə Məmmədova üçün çox düşərli olub. Aktrisa bu 13 ildə kimlərinsə 50 ildə qazandığı şöhrətdən daha çox tamaşaçı rəğbəti qazanıb. Nitsşenin dediyi kimi, insanlar aktyorlar kimidir - səhnəni vaxtında tərk etməlidirlər... /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Sentyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri