Icma.az
close
up
RU
Həm Rasim Balayevin, həm də Şəfiqə Məmmədovanın burnundan gəlsin

Həm Rasim Balayevin, həm də Şəfiqə Məmmədovanın burnundan gəlsin

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudov yaradıcılığı, şəxsi həyatı və digər məsələlər ilə bağlı müsahibə verib.
Milli.Az həmin müsahibəni təqdim edirik:

-Sağlamlıq durumunuz hazırda necədir? Özünüzü necə hiss edirsiniz?

-Rəhmətlik İlhamə Quliyeva demişkən, yaşın sən demə heç bir fərqi yox imiş. Sadəcə olaraq insan cavan yaşlarından öz sağlamlığına hansı münasibəti bəsləyibsə, yaşlananda da həmin münasibətin əvəzini alır. Mən ömrümdə kurortun, sanatoriyanın nə olduğunu bilməmişəm, amma kinonun, kinostudiyanın xətrinə skamyalarda, yollarda, vağzallarda yatmışam. Bu gün də kinonun bütün dərdini, azarını çəkirəm. Kinonun ləzzətini, kefini görənlər, kinonun hesabına ad-san, şöhrət qazananlar, onun çörəyini yeyənlər isə bu gün kino haqqında dillərini qatlayıb bir kəlmə belə danışmırlar. Evdə ailəm də, həkimlər də deyirlər ki, bəsdir, Əbdül müəllim, bu qədər müalicə alırsan, amma yenə də kinodan söz düşən kimi əsəbləşirsən, müalicələrin hamısı hədərə gedir. Bəli, mənim xəstəliyimin 90 faizi kinonun bu gündə olması ilə bağlıdır. Artıq 30 ildir ki, mən işsiz, kinosuz qalmışam. Gic-gic filmlər, seriallar çəkirlər, prodüserlər hərəsi özü üçün studiyalar açır. Çox təəssüflər olsun ki, kino sahəsində hər şey məhvə doğru gedir.

-Ötən il 80 illik yubileyinizi qeyd etdiniz, lakin Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən rəsmi yubiley tədbiri təşkil olunmadı. Bu məsələ sizi incitdimi? Qurumun sədri Rasim Balayevlə aranızdakı inciklik hələ də davam edirmi, yoxsa bu məsələyə artıq nöqtə qoymusunuz?

-Həmin ittifaqın dərdini çəkə-çəkə mən xəstələndim. Bu ittifaqı Rüstəm İbrahimbəyov böldü, parçaladı, qoyub qaçdı. Ardınca Rasim Balayevlə Şəfiqə Məmmədova ona alternativ olaraq özləri üçün ayrıca ittifaq yaratdılar və Azərbaycan kino cameəsi faktiki olaraq iki yerə bölündü, parçalandı. Bütün biabırçılıqlar da elə təxminən 30 il əvvəl bununla başladı. Rüstəm İbrahimbəyov sonradan Rusiyaya getdi, öz işi ilə məşğul oldu, sonra gəlib prezident olmaq istədi, o da alınmadı. Daha sonra ermənilərlə birləşib kino çəkdi, ardınca yenidən Bakıya qayıtdı və haqqında cinayət işi açıla-açıla kino ittifaqını bərpa etdi. Hamı bilir ki, iki kino ittifaqının birləşməsi üçün mən nələr etdim, necə mübarizə apardım, necə vuruşdum. Rasim Balayev mənim ailəvi dostumdur, 40 ilin dostudur. Onun kinoya gəlməsində mənim xüsusi xidmətim var. Özü etiraf etməsə də, sağ olanlar deyər, filmlər də göz qabağındadır. Şəfiqə Məmmədova ilə isə birlikdə universitetdə oxumuşuq, tələbə yoldaşı olmuşuq. Amma burada söhbət şəxsi münasibətlərdən yox, kinodan gedir.

Mən deyirdim ki, bir yerə gələk, kinomuzu dirildək. Üstəlik, rəhbərlik səviyyəsində həm Rasim Balayevə, həm də Şəfiqə Məmmədovaya ciddi şəkildə deyirdilər ki, ağlınızı başınıza yığın, qurumları birləşdirin. Nəhayət ki, qurumlar birləşdirildi. Amma bu ittifaq bu gün heç bir işə yaramır, arabanın beşinci təkəri kimidir. Kino, kinostudiya qalıb bir tərəfdə, onlar isə dövlət büdcəsindən pul alırlar. Şəhərin mərkəzində oturub dövlət büdcəsindən gələn vəsaiti alır, kef edirlər. Kino üçün isə heç nə etmirlər.

Təsəvvür edin, 80 illik yubileyimlə bağlı Xalq artisti Hacı İsmayılov mənə zəng edir və deyir ki, yubiley təbrikini rəsmi olaraq ittifaqa göndərmişik ki, oradan da sənə çatdırsınlar, amma o təbrik məktubunu cırıb atıblar. Bu sözü mənə Hacı İsmayılov telefonla dedi. Nə xəstəliyimlə bağlı məni yada salan var, nə müalicələrə çəkdiyim xərclə maraqlanan, nə zəng edən, nə də hal-əhval tutan var. Halbuki onlar mənim çörəyimi yeyirlər.

Həm Rasim Balayevin, həm də Şəfiqə Məmmədovanın burnundan gəlsin bunlar. Onlar kinonun adı ilə alver edən dələduzlardır.

Sən, Rasim Balayev, müqəddəs şəxs kimi and içdiyin, yanında oturub-durmaqla fəxr etdiyin Şeyx Əbdülü adi bir zənglə belə təbrik etmirsən? Ümumiyyətlə, "tı kto takoy", Rasim Balayev? Səni biz ortaya çıxarmışıq, adam etmişik, kinoya gətirmişik. Şəfiqəni anlamaq olar, o həmişə mənə qarşı qərəzli olub. Bəs sən niyə belə edirsən?

-Son dövrlər televiziya efirlərində yayımlanan verilişləri tez-tez tənqid edirsiniz. Doğrudanmı, bu gün Azərbaycan televiziyasında bəyəndiyiniz, izlədiyiniz və nümunə göstərə biləcəyiniz bir veriliş yoxdur?

-Bu gün Azərbaycan televiziyaları bilmirəm kimin sifarişi ilə, ya qazanc məqsədilə, ya kimin kiminsə ilə eşq macərası var deyə, ya arxası-dayağı olduğu üçün fəaliyyət göstərir. Bilmirəm. Bəlkə də gözə görünməyən xəyanətkar qüvvələr var, bəlkə də onların əli ilə Azərbaycan xalqı, Azərbaycan elmi, mədəniyyəti, kinosu, musiqisi, ümumilikdə milli-mənəvi dəyərlərimiz televiziya vasitəsilə planlı şəkildə məhv edilir. Ən acınacaqlısı isə odur ki, bu prosesin günahkarlarını da tapmaq mümkün olmur. Deyəndə də sən pis adam olursan, sənə düşmən kimi baxırlar.

Sovet dövründə bir dəfə efirə çıxmaq üçün yüz qapıdan keçirdik, icazələr alırdıq. Amma indi arvadından qaçan, ərindən boşanan, şəhərindən, kəndindən qaçan, vicdanı, namusu olmayan, balalarını küçələrə atan insanlar gecə-gündüz təbliğ olunur, onlar haqqında verilişlər hazırlanır. Yəni bu ölkədə gözəl ailələr yoxdurmu?

Mənim illər əvvəl ATV-də çox gözəl bir verilişim var idi - "Klassik irsimiz". Həmin verilişdə tariximiz, mədəniyyətimiz, milli ideologiyamız təbliğ olunurdu. Ramiz Mehdiyevin xüsusi göstərişi ilə o veriliş dərhal bağlandı. Dedilər ki, sən tarixi təhrif edirsən, ermənilərlə, ruslarla aramızdakı qarşıdurmanı daha da alovlandırırsan. Halbuki mən tariximizi, mədəniyyətimizi ortaya qoyurdum və bunu da sırf elmi əsaslarla edirdim.

Amma buna baxmayaraq, verilişimi dərhal dayandırdılar, kitabımı bağladılar, "Qan yaddaşı" filminin çəkilişlərini də dayandırdılar, məni də işdən çıxartdılar. O vaxtdan düz 30 ildir ki, işsizəm. Ondan sonra da imkan vermədilər ki, bir film belə çəkim.

-Uzun illərdir gündəmdə olan mənzil məsələniz hansı mərhələdədir? Sabiq Bakı meri Hacıbala Abutalıbovla bağlı narazılığınız hələ də qalırmı? Bu problemin həllinə dair hər hansı irəliləyiş varmı?

-Və hələ də mən "krişada" yaşayıram. O vaxt məni aldatdılar, dedilər ki, müvəqqəti ev veririk, sonra məsələ həll olunacaq. Amma bu günə qədər də mən "krişada" yaşayıram. Əlimdə üç məhkəmə qətnaməsi ola-ola ortada qalmışam. Onun-bunun köməkliyi ilə, cüzi pensiyamla dolanıram.

Mən xalq artistiyəm. Prezidentin dörd imzası ilə mənə mükafatlar verilib. Amma mən axirət dünyasına Karlson kimi "krişadan" getmək istəmirəm, öz evimdən getmək istəyirəm. Baxın mənim filmoqrafiyama, görün nə qədər kinoya xidmət etmişəm. Mənim nə günahım var ki, hər şeydən təcrid edilmişəm? Heç yubileyimi də keçirmədilər, məni yada salmadılar, Allahın bir mükafatını da vermədilər.

Mən kimə nə pislik etmişəm? Mənim çəkdiyim filmlərdə rol alanlar bu gün mükafatlar, fəxri adlar alıblar, mən isə ortada qalmışam. Məni yada salan olmayıb. Bu qədər vicdansızlıq olmaz. Belə görünür ki, Ramiz Mehdiyevin qoyub getdiyi "minalar", "bombalar" hələ də yaşayır və partlaya-partlaya yoluna davam edir.

-Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızı "Məhsəti" filmi ilə bağlı üzr istədi. Siz bu üzrü səmimi hesab edirsinizmi? Ümumiyyətlə, gələcəkdə Azərbaycan qadınının bu cür təqdimatına yenidən yol verilə bilərmi, yoxsa bu hadisə kino üçün ciddi dərs olmalıdır?

-A qızım, Əbülfəs Qarayevin qızının günahı yoxdur. O, nə görüb, hansı tərbiyəni, hansı təbliğatı alıbsa, ona uyğun film çəkib. Məgər indi Qacarı, Məhsəti Gəncəvini, Şah İsmayıl Xətanini yaxından tanıyırlar? Biz onları yetərincə təbliğ edirik? Buna görə də kim nəyi görürsə, onu da təqdim edir". (Musavat.com)

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Yanvar 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri