“Kinostudiya yiyəsiz qəbirstanlığa bənzəyir”
Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Kinostudiya yiyəsiz qəbirstanlığa bənzəyir”
Xalq artisti Rasim Balayev Cəfər Cabbarlı adına Kinostudiya ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə sənətçi “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində danışıb. R. Balayev deyib ki, kinostudiyanı yenidən ayağa qaldırmağa çalışırlar:
“Kino ittifaqının birinci katibi kimi çalışırdım. 2013-cü ildə istefa verdim və 9 il evdə oturdum. Bu, mənim üçün uzun müddət idi. Çəkiləsi olsaydım, o müddətdə çox filmdə oynaya bilərdim. Amma filmlər çəkilmirdi, bu illər boşa getdi. Sonradan dəvət etdilər, seçki oldu, seçdilər, mən də İttifaqda çalışıram. Çox təəssüf ki, həmin ab-hava yoxdur. Cəfər Cabbarlı adına Kinostudiyada 1200 adam çalışırdı. İndi 30-35 adam işləyir. Gedirsən, yiyəsiz qəbirstanlığa oxşayır, ürəyim xarab olur. Çünki 17 yaşıma qədər ata evində böyümüşəm, sonra universitetə qəbul olunmuşam, 50 ilə qədər ömrümü kinoda keçirmişəm. Çalışırıq ki, kinostudiya işə düşsün, yeni filmlər çəkilsin. Hələ ki, əlləşirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 15 May 2025 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















