Icma.az
close
up
RU
Kipr danışıqlarında yeni kontur yaranır TƏHLİL

Kipr danışıqlarında yeni kontur yaranır TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ərhürman federasiya modelini canlandırmaq istəyir, müstəqilliyi ikinci planda saxlayır

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yeni Prezidenti Tufan Ərhürman gözlənildiyi kimi ilk xarici səfərini Türkiyəyə etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşan görüş çərçivəsində tərəflər Kipr məsələsi ilə bağlı mövcud durum barədə fikir mübadiləsi apardılar. Həmçinin, iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə müzakirə olunacağı bildirildi. Ekspertlərin fikrincə, Tufan Ərhürmanın ilk xarici səfərini Türkiyəyə etməsi indiki məqamda təkcə diplomatik protokol deyil, həm də siyasi reallıqdan doğan zərurətdir.

Məlumdur ki, Ankara Şimali Kiprin beynəlxalq səviyyədə tanınmaması səbəbindən bu dövlət üçün yeganə təhlükəsizlik təminatçısı və iqtisadi dayaq kimi çıxış edir. 

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, yeni rəhbərliyin əvvəlkindən fərqli görüşləri olsa da, görünür, legitimlik qazanmaq prosesində Türkiyə ilə əməkdaşlıq davam edəcək. Siyasi şərhçi hesab edir ki, rəhbərlik siyasi xəttini əvvəlki Prezident Ersin Tatar dönəmindən tam qoparmadan, amma özünün daha çox müzakirəyə açıq, dialoqa meyilli siyasi imicini formalaşdıraraq Türkiyə ilə münasibətləri mərkəzə qoyur:

"Ərhürman-Ərdoğan görüşünün gündəliyinə "Kipr probleminin müzakirəsi"nin daxil edilməsi xüsusilə diqqət çəkir. Məsələ ondadır ki, Ərhürmanın qələbəsi regionda maraqlı bir çox aktor üçün sürpriz oldu. Nəzərə almaq lazımdır ki, Ersin Tatarın Türkiyə, Azərbaycan və Türk dünyası ilə kifayət qədər yaxın əlaqələri vardı. Tatar, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzvlüyünü təmin etmiş, gələcəkdə ölkənin müstəqilliyinin tanınması istiqamətində fəal işlər görmüşdü. Bu baxımdan yeni prezidentin hansı siyasi xətti izləyəcəyi Ankara nəzdində də haqlı suallar doğurur. Ərhürmanın hədəfi Kipr türklərini beynəlxalq təcriddən çıxarmaqdır. Bu məqsədə isə federasiya modelinin canlandırılması ilə nail olmağı düşünür. Yəni Ərhürman ŞKTC-nin müstəqil dövlət kimi tanınmasını prioritet hesab etmir. Çünki bu istiqamətdə beynəlxalq dəstəyin kifayət qədər zəif olduğunu anlayır. Əvəzində, Kiprin siyasi birliyini qoruyaraq türklərin hüquq və təhlükəsizliyini təmin edən birgə yaşayış modelini dəstəkləyir.

ŞimalcCənub arasında danışıqlar illərdir dondurulub. Türkiyə uzun müddətdir ikidövlətli həll modelini ən realist variant kimi təqdim edir. Lakin Ərhürman əvvəlki Tatar administrasiyası qədər sərt mövqeli fiqur deyil və bu fərq danışıqların konturunu dəyişmək potensialına malikdir. Ankara üçün əsas məsələ danışıqlar masasına hansı prinsiplərlə oturulacağıdır".

Ekspert vurğulayıb ki, Ərdoğanın Ərhürmanı Beştəpədə rəsmi mərasimlə qarşılamasına xüsusi diqqət yetirməsi də göstərir ki, Ankaranın nəzərində ŞKTC müstəqil ölkə, Ərhürman isə prezidentdir: "Bunu beynəlxalq diplomatik təcridin yumşaldılması üçün rəsmi dəstək nümayişi və Türkiyənin Kipr məsələsini öz milli məsələsi kimi təqdim edən siyasi xəttinin davamı kimi başa düşmək olar. Təbii ki, ŞKTC-nin Tufan Ərhürman rəhbərliyi dövründə hansı xətti tutacağını zaman göstərəcək. Bununla belə, onun növbəti səfərini Azərbaycana etməsi də istisna deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Noyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri