Icma.az
close
up
RU
Suriyada kürdlər hökumətə inteqrasiya edilirlər, yoxsa ikihakimiyyətlilik yaranır? TƏHLİL

Suriyada kürdlər hökumətə inteqrasiya edilirlər, yoxsa ikihakimiyyətlilik yaranır? TƏHLİL

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyada gərgin hadisələr yenidən aktivləşib. Proseslərin intensivləşməsinə səbəb isə Dəməşq ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında Həsəkə qubernatorluğunun gələcəyi ilə bağlı razılaşmadan sonra başlayıb. Belə ki, Suriya Prezident Aparatının açıqlamasına görə, tərəflər Həsəkə qubernatorluğunun dinc və mərhələli şəkildə Suriya dövlətinə inteqrasiyası ilə bağlı əsas prinsiplər üzrə qarşılıqlı anlaşmaya gəliblər. Bu çərçivədə ərazilərin praktik inteqrasiyası üçün detallı planın hazırlanması məqsədilə SDQ-yə dörd günlük məsləhətləşmə müddəti verilib.

Razılaşma yekunlaşacağı təqdirdə, Suriya hökumət qüvvələri Həsəkə və Qamışlı şəhərlərinin mərkəzinə daxil olmayacaq, şəhər ətrafında yerləşdiriləcəklər. Rəsmi Dəməşq, həmçinin bildirib ki, Suriya hərbi qüvvələri kürdlərin yaşadığı kəndlərə daxil olmayacaqlar. Həmin ərazilərdə təhlükəsizlik yalnız yerli əhali arasından formalaşdırılmış qüvvələr tərəfindən təmin ediləcək və əlavə silahlı birləşmələrin yerləşdirilməsi nəzərdə tutulmur. Razılaşmaya əsasən, SDQ lideri Məzlum Abdi müdafiə nazirinin müavini postuna namizədini təqdim edəcək. Bununla yanaşı, Həsəkə qubernatoru vəzifəsi, Xalq Məclisində təmsilçilik və dövlət qurumlarında çalışacaq şəxslərlə bağlı siyahıların Dəməşqə təqdim ediləcəyi qeyd olunub.

Açıqlamada tərəflərin SDQ-nin bütün hərbi və təhlükəsizlik strukturlarının Suriya Müdafiə və Daxili İşlər nazirliklərinə inteqrasiyası barədə razılığa gəldiyi, mülki qurumların da dövlət institutlarına daxil ediləcəyi bildirilib. Prezident Aparatı kürdlərin dil, mədəni və vətəndaşlıq hüquqlarına dair 13 saylı Fərmanın tam icra olunacağını və bunun vahid, güclü dövlət quruculuğuna xidmət etdiyini açıqlayıb.

Bununla yanaşı, razılaşmanın icrası ilə bağlı narahatlıqlar da yaranıb. Xüsusilə yerli təhlükəsizlik strukturlarının faktiki olaraq silahlı qrupların nəzarətində qalmasının ikihakimiyyətlilik riski yarada biləcəyi qeyd olunur. Artıq atəşkəsdən bir gün sonra Suriya müdafiə naziri Murhaf Əbu Qəsra SDQ-ni Həsəkə qubernatorluğunda özbaşına həbslər aparmaqda ittiham edib. Nazir bildirib ki, qubernatorluğun onlarla sakininin saxlanılması atəşkəsi ciddi şəkildə təhdid edir və bu cür addımlar dərhal dayandırılmalıdır.

Rəsmi Dəməşqlə Suriya Demokratik Qüvvələri arasında əldə olunan ilkin razılaşma ilk baxışdan Suriyanın şimalında illərdir davam edən fraqmentasiyanın (hissələrə bölünmə) aradan qaldırılması istiqamətində mühüm addım kimi görünür. Lakin razılaşmanın detalları göstərir ki, söhbət tam suverenliyin bərpasından daha çox, riskli və ziddiyyətli keçid modelindən gedir. Əsas problem də bundan sonra, yəni təhlükəsizlik məsələsində ortaya çıxır.

Suriya ordusunun Həsəkə və Qamışlı şəhərlərinin mərkəzinə daxil olmaması, kürd kəndlərində isə yalnız yerli təhlükəsizlik qüvvələrinin fəaliyyət göstərməsi faktiki olaraq silahlı strukturların öz mövcudluğunu qoruması deməkdir. Bu isə dövlətin güc monopoliyasının bərpası prinsipinə ziddir. Təcrübə göstərir ki, mərkəzi hakimiyyətə formal tabeçilik, lakin real silahlı nəzarətin yerli qüvvələrin əlində qalması uzunmüddətli sabitlik yaratmır. Atəşkəsdən cəmi bir gün sonra SDQ-nin Həsəkə qubernatorluğunda özbaşına həbslərə başlaması ilə bağlı Müdafiə Nazirliyinin açıqlaması da bu risklərin praktik təzahürü kimi qiymətləndirilə bilər. Bu cür addımlar təkcə atəşkəsi deyil, bütövlükdə inteqrasiya prosesinin etibarlılığını sual altına alır. Əgər mərkəzi hökumət təhlükəsizlik üzərində real nəzarətə malik deyilsə, qanunsuz silahlı fəaliyyətə və terror şəbəkələrinin sızmasına zəmin yaranır.

Digər tərəfdən, regiona İraq və İrandan silahlı şəxslərin axını ilə bağlı məlumatlar vəziyyəti daha da mürəkkəbləşdirir. Belə şəraitdə təhlükəsizlik məsuliyyətinin qeyri-müəyyən strukturlar arasında bölüşdürülməsi Suriyanın şimalını yeni gərginlik ocağına çevirə bilər. Xüsusilə İŞİD-lə mübarizənin başa çatdığı bir mərhələdə yeni silahlı aktorların meydana çıxması regional təhlükəsizlik üçün ciddi çağırışdır.

Məsələnin digər tərəfi regional aspektlə yanaşı, beynəlxalq prizmadır. Bu xüsusda Türkiyə hakimiyyətinin Suriya hökumətinə dəstəyi və ABŞ-nin Ankaradakı səfiri Tom Barakın fikirləri diqqətdən kənarda saxlanıla bilməz. Xüsusən də Barakın "Kürd xalqı Şamın suverenliyi çərçivəsində öz idarəetmə imkanlarını qorumalıdır" bəyanatı Birləşmiş Ştatların baş verənlərə hansı kontekstdə yanaşdığını xəbər verir. Çünki rəsmi Dəməşqlə Suriya Demokratik Qüvvələri arasında əldə olunan ilkin razılaşmanı ABŞ və Türkiyənin regional maraqları kontekstindən kənar qiymətləndirmək mümkün deyil. Məhz bu iki aktor Suriyanın şimalındakı proseslərin real çərçivəsini müəyyənləşdirən əsas güclər olaraq qalır.

Vaşinqton İŞİD-lə mübarizə dövründə formalaşdırdığı strukturu - SDQ-ni tam şəkildə Dəməşqin nəzarətinə verməkdə maraqlı deyil. Buna görə də razılaşmada Suriya ordusunun şəhər mərkəzlərinə daxil olmaması, yerli təhlükəsizlik qüvvələrinin saxlanılması və SDQ-nin struktur olaraq qorunması ABŞ-nin "nəzarət altında inteqrasiya" modelinə uyğun gəlir. Bu, bir tərəfdən, mərkəzi hakimiyyətlə formal barışıq görüntüsü yaradır, digər tərəfdən isə Vaşinqtona təsir rıçaqlarını itirməyə imkan vermir.

Türkiyə üçün isə bu razılaşma ciddi təhlükəsizlik riskləri daşıyır. Çünki SDQ PKK-nın Suriyadakı qoludur və onun legitimləşdirilməsi milli təhlükəsizliyə birbaşa təhdid sayılır. Üstəlik, SDQ-nin lideri Məzlum Abdi (Kobani) Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən qırmızı bülletenlə axtarışdadır. Ona görə də SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiya adı altında mövqelərini qorumasının Türkiyə kontekstində qəbuledilməzliyi başadüşüləndir. Yəni Vaşinqton SDQ-ni qorumağa çalışdığı halda, Ankara bu strukturun ləğvini prioritet kimi görür. Dəməşq isə bu iki güc arasında manevr edərək minimum risklə maksimum siyasi nəticə əldə etməyə çalışır. Bu kontekstdə SDQ-nin atəşkəsdən dərhal sonra Həsəkə qubernatorluğunda özbaşına həbslərə başlaması təsadüfi görünmür. Bu addım həm mərkəzi hakimiyyətə faktiki güc balansını xatırlatmaq, həm də ABŞ-yə "nəzarət hələ də bizim əlimizdədir" mesajı vermək cəhdi görüntüsü yaradır. Bütün bunlar isə onu deməyə əsas verir ki, mövcud razılaşmanın taleyi təkcə Dəməşq və SDQ arasındakı etimaddan deyil, regional və qlobal güclərin də maraqlarının dinamikasından asılı olacaq. Çünki ziddiyyət və sabitlik bir-birinin əksidir və bu amil davam etdikcə, nə tam inteqrasiya, nə də dayanıqlı sabitlik mümkündür. /Oxu.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri