Icma.az
close
up
RU
Kipr türkləri Türk dünyasının ayrılmaz hissəsidir

Kipr türkləri Türk dünyasının ayrılmaz hissəsidir

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kipr türklərinin hüquq və mənafelərinə məhəl qoymamaq cəhdləri güclənən Türkiyə tərəfindən hər zaman pislənəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lefkoşada keçirilən “TECHNOFEST-2025” festivalında Türkiyə liderini müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, Kipr məsələsinin yekun həlli kontekstində Ankara “iki suveren və müstəqil dövlət” prinsipinə sadiqdir.

Onun sözlərinə görə, Türkiyə Kiprin türk və yunan hissələri arasında əlaqələrin qurulmasına, o cümlədən 2025-ci il martın 17-18-də Cenevrədə BMT-nin himayəsi altında Kipr üzrə keçirilən qeyri-rəsmi görüşün qərarları fonunda konstruktiv yanaşır.

“Biz ziddiyyətlərin uzunmüddətli və real həll edilməsini ürəkdən arzu edirik. Artıq bütün tərəflərin Kiprdə iki dövlətin mövcudluğu reallığını və faktını qəbul etmələrinin vaxtı çatıb”, - deyə siyasətçi vurğulayıb və Ankaranın Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yanında olduğunu və bundan sonra da olacağını əmin edib.

O, Kipr türk xalqını Türk dünyasının ayrılmaz hissəsi adlandırıb. “Gec-tez ŞKTC Türkiyənin dəstəyi ilə dünya səhnəsində öz layiqli yerini tutacaq”, - deyən Rəcəb Tayyib Ərdoğan Yunanıstan tərəfini tarixdən nəticə çıxarmağa və cinayətkar təşkilatlara arxalanmağa çalışmamağa çağırıb.

"Biz sülhü və kiprlilərin yeni nəsillərinin gələcəyini təhdid edən istənilən addımları qətiyyətlə pisləyirik. Adada vəziyyəti gərginləşdirən bəyanatlar və hərəkətlər konstruktiv yanaşmaya yer verməlidir. Biz tarixin faciəvi səhifələrinin təkrarlanmasına imkan verməyəcəyik. Türkiyə və ŞKTC artıq əvvəlki kimi deyil. Qlobal vəziyyət də dəyişir. Yunanıstan tərəfi bütün bunları nəzərə almalıdır”, - deyə Türkiyə lideri Kiprdəki vəziyyətin qarantlarından biri kimi Ankaranın hüquqlarını xatırladıb.

Türkiyə dövlətinin başçısı, həmçinin “TECHNOFEST-2025”in təşkilatçılarına və iştirakçılarına uğurlar arzulayıb və budəfəki festivalda 22 ölkədən 50 mindən çox insanın iştirak etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 May 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri