Kiprdə batan gəmidə ölənlərin sayı 13 ə çatıb 15 nəfər axtarılır KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şimali Kiprin Girnə şəhəri sahillərində batan “Filo Jet” sərnişin gəmisində ölənlərin sayı 13-ə yüksəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, gəmidə olan 267 nəfərdən 239-u xilas edilib, 13 nəfərin meyiti aşkarlanıb. Daha 15 nəfərin taleyi isə hələlik məlum deyil.
Xatırladaq ki, hadisə avqustun 30-da “Filo Jet” gəmisinin Girnə limanından Türkiyənin Taşucu istiqamətində hərəkətindən qısa müddət sonra baş verib. Gəmi su almağa başlayıb və limana qayıtmağa çalışarkən çevrilərək batıb.
Axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Gəminin qalıqları dənizin təxminən 550 metr dərinliyində aşkarlanıb. Türkiyənin TCG “Işın” və TCG “Alemdar” gəmilərinin, həmçinin sualtı robotların cəlb olunduğu əməliyyat zamanı itkin düşən şəxslərin axtarışı aparılır.
Hadisənin səbəbləri ilə bağlı araşdırma da davam edir. Gəminin kapitanı və ekipaj üzvləri də daxil olmaqla bir neçə nəfər saxlanılıb. Səlahiyyətlilər gəminin texniki vəziyyəti, sənədləri və səfərə icazə verilməsi ilə bağlı məsələləri araşdırırlar.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 05 Sentyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















