Kiprdə təhsil alacaq yüzlərlə azərbaycanlı tələbəyə BÖYÜK MÜJDƏ: Çavuşoğlu sevincli xəbəri AÇIQLADI KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Şimali Kipr Türk Cümhuriyyətində 100-dən artıq azərbaycanlı tələbə bursla təhsil ala biləcək”.
KONKRET.az xəbər verir ki, bunu “TV1”-ə özəl açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri Nazım Çavuşoğlu bildirib.
O qeyd edib ki, hazırda Azərbaycanın Təhsil Nazirliyi ilə bu istiqamətdə danışıqlar aparılır:
“Məmləkətinizə səfərim çərçivəsində Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşdüm. Bir çox məsələlərlə bağlı Emin Əmrullayevlə ətraflı müzakirələr apardıq. O cümlədən, azərbaycanlı tələbələrin Şimali Kipr Türk Cümhuriyyətində təhsil almaları ilə əlaqədar də danışıqlar apardıq. İşbirliyimizlə bağlı müzakirələrimizi davam etdirəcəyik. Azərbaycanın da dəstəyilə Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində bursla təhsil almaq imkanı əldə edə biləcək gənclərin sayını artırmağı nəzərdə tuturuq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 İyul 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















