Icma.az
close
up
RU
Kir Starmer 10 dan çox Aİ liderini sammitə dəvət etdi Tərkibdə Türkiyə də var

Kir Starmer 10 dan çox Aİ liderini sammitə dəvət etdi Tərkibdə Türkiyə də var

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın baş naziri Kir Starmer bazar günü keçiriləcək sammitə ondan çox Avropa və Aİ liderini dəvət edib. Sammitin məqsədi Ukrayna və təhlükəsizlik məsələləri ilə bağlı addımları irəlilətməkdir.  

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.  

Əsas sammit ərəfəsində Starmer səhər saatlarında Baltikyanı ölkələrlə telefon danışığı aparacaq, daha sonra isə Dauninq-stritdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşərək Rusiya ilə müharibəni müzakirə edəcək.  

"Baş nazir sammitdən istifadə edərək Ukrayna ilə bağlı Avropa səylərini irəlilədəcək, ədalətli və daimi sülhün təmin edilməsinə və Ukraynanın suverenliyinin və təhlükəsizliyinin gələcəkdə qorunmasına dair birgə qəti dəstəyimizi ifadə edəcək", – Britaniya hökumətindən bildirilib.  

Bazar günü Londonda keçiriləcək sammitə Fransa, Almaniya, Danimarka və İtaliya da daxil olmaqla Avropa qitəsindən liderlər, həmçinin Türkiyə, NATO və Avropa İttifaqı rəhbərləri dəvət olunub.  

Cümə axşamı ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirilən danışıqlardan sonra Starmer Niderland, Norveç, Polşa, İspaniya, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderlərini də sammitə dəvət edib.  

Tədbirdə NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Koşta da iştirak edəcək.  

Sammitdən əvvəl Starmer Dauninq-stritdə İtaliyanın baş naziri Corciya Meloni ilə təkbətək görüş keçirəcək.  

Britaniya hökuməti bildirib ki, bu görüş bu ayın əvvəlində Fransa prezidenti Emmanuel Makronun Parisdə apardığı danışıqların davamı olacaq və Ukraynanın hazırkı mövqeyinin gücləndirilməsinə – o cümlədən hərbi dəstəyin davam etdirilməsinə və Rusiyaya iqtisadi təzyiqlərin artırılmasına yönələcək.  

Görüşdə, həmçinin "sabit və daimi sülhü təmin edəcək uzunmüddətli razılaşmanın vacibliyi" vurğulanacaq və "davamlı təhlükəsizlik zəmanətləri üçün gələcək addımlar" müzakirə olunacaq.  

Starmer bir daha vurğulayıb ki, Ukrayna Rusiya ilə üç ildir davam edən müharibənin dayandırılmasına yönəlmiş istənilən danışıqlarda iştirak etməlidir. O, eyni zamanda Avropanın müdafiədə öz rolunu oynamaq və kollektiv təhlükəsizliyin xeyrinə daha fəal olmaq zərurətini də etiraf edəcək.  

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp cümə axşamı Starmerlə görüşü zamanı potensial Britaniya "sülhməramlı qüvvələrinin" Ukraynada Rusiyanın hücumuna məruz qalacağı təqdirdə ABŞ-ın onlara kömək edəcəyinə zəmanət verməkdən imtina edib.  

Mediada yayılan məlumatlara görə, Böyük Britaniya və Fransa Ukraynada 30 minə qədər Avropa hərbçisinin yerləşdirilməsi planını hazırlayıb.  

ABŞ Avropa missiyasını dəstəklədiyini bəyan etsə də, birbaşa iştirakdan imtina edib.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Fevral 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri