Kir Starmer BƏƏ Prezidenti ilə regional vəziyyəti müzakirə etdi
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniya Baş naziri Keir Starmer Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, Starmer BƏƏ xalqı ilə həmrəyliyini ifadə edib və İranın bombardmanları nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Liderlər İranın regionda mülki infrastruktura hücumlarını qəbuledilməz adlandırıblar və bu mövqedə razılığa gəliblər.
Starmer həmçinin ABŞ və İran arasında əldə olunan atəşkəsi alqışlayaraq, bütün tərəfləri bu razılaşmanı qorumağa və regionda davamlı sülhün təmin olunması üçün əməkdaşlığa çağırıb.
Görüşdə Hörmüz boğazı ilə bağlı da müzakirələr aparılıb, qlobal təchizat zəncirlərinin qorunması üçün malların sərbəst axınının bərpasının vacibliyi vurğulanıb.
Tərəflər Böyük Britaniya və BƏƏ arasında innovasiya, ticarət və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi barədə də razılığa gəliblər.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 10 Aprel 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















