Icma.az
close
up
RU
“Kirakosyançılıq”

“Kirakosyançılıq”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Beynəlxalq hüquqla subliminal manipulyasiya

Ermənistan dövləti bütün beynəlxalq platformalarda anti-Azərbaycan siyasətə üstünlük verir. Ancaq rəsmi İrəvan əməlini bir qədər fərqli tərzdə həyata keçirir. Yəni oxu atıb, yayı gizlədir.

Məlum olduğu kimi, İrəvanda bu günlərdə “Soyqırımı cinayətinə qarşı” qlobal forum düzənləndi. Ermənistanın xarici işlər nazirliyinin təşəbbüsü ilə reallaşmış forumdan məqsəd dünyanın diqqətini “erməni soyqırımı”na yönəltmək, ən əsası, guya ermənilərə qarşı indi də soyqırımının həyata keçirildiyini vurğulamaq idi.

Əlbəttə, rəsmi İrəvanın hədəfi Azərbaycandır. Digər hədəf isə Türkiyədir. Oxu atıb, yayı gizlətmək məntiqinə gəlincə, tədbirə qatılan erməni rəsmilər hər cür cəfəngiyyatı danışdılar, söhbəti bilavasitə Azərbaycanın və Türkiyənin üzərinə gətirdilər, ancaq ölkələrimizin adlarını çəkməkdən uzaq durdular. Ad çəkənlər isə başqaları oldu. Yəni, erməni XİN xaricdən kifayət qədər çoxlu ermənipərəst dəvət etmişdi ki, məhz onlar Bakıya və Ankaraya yönələn hədyanlarından qalmadılar...

Beləliklə, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla yanaşı, ölkənin Avropa İnsan Hüquqları Məhkəməsindəki (AİHM) nümayəndəsi, beynəlxalq hüquq məsələləri üzrə təmsilçi Yegişe Kirakosyan da subliminal mesajlara üstünlük verdi. Sözügedən forumda çıxış edən Y.Kirakosyan özünün ittihamçı tonundan da qalmadı. O dedi ki, hazırkı mürəkkəb şəraitdə, münaqişə vəziyyətlərində Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) və ya AİHM-nin qərarlarının radikal dəyişikliklərə gətirib çıxara biləcəyini gözləyəcək qədər sadəlövh deyil. Bu, nə deməkdir? Aydındır ki, söhbət, məsələn BƏM-in Mozambiklə bağlı qərarının icra olunmamasından getmir.

...Y.Kirakosyan bildirib ki, Ermənistanın beynəlxalq məhkəmələrdəki iddiaları irqi ayrı-seçkilik, nifrətin qızışdırılması xüsusundadır və problemi bu həddə çatdıran ölkənin (Azərbaycanın – red.) möcüzəvi şəkildə ideal qanunlara malik məmləkətə çevrilməsini gözləmək olmaz. “Bu, baş verməyəcək və siz beynəlxalq məhkəmə sisteminə bunun niyə dərhal baş vermədiyini deyə bilməzsiniz. Vaxt lazımdır və bu, heç bir təsirin olmadığı demək deyil” kimi fikirlər səsləndirən erməni diplomat əlavə edib ki, beynəlxalq sistemi pozmağa çalışan avtokrat ölkələr beynəlxalq hüququ başqa ölkələrlə münasibətlərində alətə çevirirlər.

Deməli, Y.Kirakosyanın “avtoritar ölkə” məntiqinin hədəfi Azərbaycandır. Yəni, bu adam son dərəcə arsız-arsız erməni xislətinə xas cəhətlərin ölkəmizin üzərinə transformasiyasına çalışır. Məsələn, “başqa ölkələrlə münasibətdə beynəlxalq hüquqla manipulyasiya”nı götürək. Kirakosyan yaxşı bilir ki, ermənilərin iddia etdiyi ərazi, yəni, Qarabağ beynəlxalq hüquq baxımından da Azərbaycana məxsusdur. Sən demə, bizim erməni millətçilərinin avantürizmini sübuta yetirmək, Ermənistanın separatçılığını dünyaya göstərmək üçün beynəlxalq hüquqa istinadımız manipulyasiya imiş. Həyasızlıq olar, ta bu qədər də yox!

Təsəvvür edin, otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayaraq təcavüzkar siyasət yeridən, BMT-nin ərazilərimizin işğalına son qoyulmasına çağırış yüklü dörd qətnaməsinə məhəl qoymayan ölkənin hüquq təmsilçisi bu gün beynəlxalq hüquqa riayət edilməməsindən dəm vurur. Bu, azmış kimi, hələ xarici aləmi də ittiham etmək yolunu tutur.

Yada salaq ki, Y.Kirakosyanın haqqında söz açdığı BƏM-in məhkəmə qərarı Laçın dəhlizi ilə əlaqədar idi. Qərar yolun humanitar məqsədlər naminə açılmasını tələb edirdi ki, onsuz da bu, təmin olunurdu. Yəni, həmin vaxt Azərbaycan Qarabağın erməni əhalisinin yoldan istifadəsinə şərait yaratmışdı. Başlıca vəzifəmiz isə bölgəyə silah-sursat daşınmasının qarşısının alınması və azərbaycanlı mütəxəssislərin faydalı qazıntı mədənlərində iş aparmalarına maneənin aradan qaldırılması olmuşdu.

Əlbəttə, Y.Kirakosyanın “Soyqırım cinayətinə qarşı” qlobal forumundakı çıxışı zamanı Azərbaycana qarşı yönəlmiş mesajlarındakı digər cəhətlərə də nəzər salmaq mümkündür. Amma buna ehtiyac duymuruq. Onsuz da Ermənistanın beynəlxalq miqyasda Azərbaycana qarşı qaldırdığı bütün iddialar puça çıxır, heç bir nəticə vermir. İddialara gəlincə, onların mahiyyətində son dərəcə avantürist niyyətlər dayanır. Kirakosyan irqi ayrı-seçkilik, nifrətin qızışdırılması məsələlərini qabardır. Halbuki, irqi və dini ayrı-seçkiliyə yol verən də, azərbaycanlılara və türklərə qarşı nifrət aşılayan da Ermənistanın özüdür. Bu gün həm Azərbaycanda, həm də Türkiyədə erməni millətindən olan vətəndaşlar yaşayırlar. Ermənistanda isə belə bir hal yoxdursa, aydındır ki, rəsmi İrəvanın mövcud istiqamətdəki iddiaları əhəmiyyətsizdir. Hər halda, beynəlxalq hüququn da müəyyən reallıqdan çıxışetmə xüsusiyyəti, az da olsa, ədalət payı var

Digər tərəfdən, onu da bildirək ki, Ermənistanın Azərbaycan əleyhinə beynəlxalq məhkəmələrə daşıdığı məsələlər sırf xəstə təfəkkür məhsuludur. Məsələn, rəsmi İrəvan Azərbaycan ərazilərindəki mənəvi irs nümunələri sayılan abidələrin erməni abidələri kimi təsdiqlənməsinə çalışıb. Yəni, təxminən belə: torpaq Azərbaycanındır, onun üzərindəki abidə ermənilərə məxsusdur. Bu o deməkdir ki, nə zamansa Ermənistan güclənsə və Azərbaycana qarşı yenidən ərazi iddiası irəli sürmək istəsə, indi çıxarılacaq hansısa məhkəmə qərarı, bir növ, əldə bayraq ediləcək. Deyiləcək ki, abidə ermənilərə məxsusdursa, deməli, onun yerləşdiyi torpaq da ermənilərindir.

Ümumən, müasir Ermənistan dövlətinin beynəlxalq hüquqa yanaşması məhz qeyd etdiyimiz tərzdədir və Y.Kirakosyan bu “yanaşmanın” sırtıq nümayəndələrindən biridir. Ən problemli cəhət isə odur ki, Ermənistanda kirakosyanların sayı kifayət qədərdir və ölkə onlardan, Mirzoyan kimi avantürizmə köklənmiş dövlət rəsmilərindən təmizlənməyincə, rəsmi İrəvanın Azərbaycanla sülhə gəlməsi çətin olacaq.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2024 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri