Icma.az
close
up
RU
Kiran Kalkin Oskar qazandı, lakin qardaşı Makolay Kalkini unutdu

Kiran Kalkin Oskar qazandı, lakin qardaşı Makolay Kalkini unutdu

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ötən gecə amerikalı aktyor Kiran Kalkin karyerasında daha bir irəliləyiş edərək "Ən yaxşı ikinci dərəcəli kişi roluna görə" "Oskar" mükafatını qazanıb. O, bu nominasiyada Yura Borisov, Edvard Norton, Qay Pirs və Ceremi Stronqu geridə qoyub. Mükafatlandırma mərasimi martın 2-dən 3-nə keçən vaxt "Dolbi" Teatrında (Los-Anceles) baş tutub.

Oxu.Az bu barədə Hellomagrussia.ru-ya istinadla xəbər verir.

Kiran ailəsində "Oskar" qazanan ilk şəxs kimi emosional təşəkkür nitqi ilə çıxış edib. Lakin aktyor doğma qardaşı, Hollivud ulduzu Makoley Kalkini təşəkkür siyahısına daxil etməyib, bununla da pərəstişkarlarını çaşbaş salıb.

42 yaşlı K.Kalkin Cessi Ayzenberqin "A Real Pain" filmindəki çıxışına görə qalib gəlib. "Oskar" onun üçün çoxdan gözlənilən mükafat olub, bu barədə o, səhnədəki çıxışında da qeyd edib. Nitqi zamanı o, həyat yoldaşı Caz Çartondan sevgi ilə danışıb, hətta "Succession" serialındakı həmkarı Ceremi Stronqu xatırladıb. Lakin 44 yaşlı böyük qardaşı Makoley Kalkinin adını çəkməyib.

Pərəstişkarlar buna xeyli təəccübləniblər, çünki Makoley və Kiran qardaş olmaqla yanaşı, uşaqlıqda birgə karyeralarına başlayaraq "Evdə tək" ("Home Alone", 1990) filmində rol almışdılar. Kiran nitqində digər qardaş və bacılarının, heç valideynlərinin də adlarını çəkməyib.

Bunun əvəzinə o, şəxsi həyatından maraqlı bir hekayə danışıb.

"Caz, səni sevirəm. Mən həyat yoldaşıma hər şey üçün təşəkkür etməliyəm, xüsusilə də bizə övladlar bəxş etdiyi üçün. Bir il əvvəl eyni səhnədə olarkən heç düşünmədən ondan üçüncü övladımızı istədiyimi söylədim. Çünki o mənə demişdi ki, əgər mükafat qazansam, bir körpəmiz də olacaq. Amma bu sözləri ona görə demişdi ki, mənim qalib gələcəyimə inanmırdı. Sonradan bu onu narahat etdi. O gecə məni yanına çəkib dedi: "Dördüncü övladımızı dünyaya gətirərəm, əgər "Oskar"ı qazansan".

Bu zarafat salonda alqışla qarşılanıb. Ardınca Kiran əlavə edib ki, onlar həyat yoldaşı ilə sadəcə, əl sıxışıblar və bu mövzuya bir daha toxunmayıblar.

Kiran Kalkin kimdir?

Kiran Kalkin - amerikalı aktyor, Makoley Kalkinin kiçik qardaşıdır. Karyerasına uşaqlıqdan başlayıb və "Home Alone", "Father of the Bride" kimi filmlərdə rol alıb. Əsl tanınma ona HBO-nun məşhur "Succession" serialındakı Roman Roy obrazı ilə gəlib.

2023-cü ildə Kiran İtaliyanın lüks brendi "Zegna"nın elçisi seçilib.

"Oskar"dan əlavə, "A Real Pain" filmindəki rolu ilə o, "Qızıl Qlobus" və BAFTA mükafatlarına da layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Mart 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri