Kalkin yenidən “Evdə tək” qala bilər
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Walt Disney Co.” kinostudiyası məşhur “Evdə tək” franşizasının yeni filmində baş rol üçün aktyor Makoley Kalkini geri qaytarmağı planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Variety” jurnalı etibarlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, layihə üzərində işlər hazırda ilkin mərhələdədir.
Yeni filmin ssenarisi komediya janrındakı işləri ilə tanınan Set Rogen və Evan Qoldberqə həvalə olunub. Filmin süjet xətti və tam aktyor heyəti ilə bağlı təfərrüat isə hələlik gizli saxlanılır.
Xatırladaq ki, “Evdə tək” (1990) və “Evdə tək 2: Nyu-Yorkda itmiş” (1992) filmlərində evini iki oğrudan qeyri-adi tələlərlə qoruyan balaca “Kevin Makkallister” obrazı Makoley Kalkinə dünya şöhrəti qazandırmışdı. Sonrakı illərdə rejissor Kris Kolumbus və Kalkinin iştirakı olmadan çəkilən davam filmləri isə əvvəlki uğuru təkrarlaya bilməmişdi.
Qeyd edək ki, aktyor özü də 2025-ci ilin noyabrında verdiyi müsahibədə “Kevin Makkallister” roluna qayıtmağı istisna etmədiyini və mümkün davam filmi ilə bağlı maraqlı ideyalarının olduğunu açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 21 Noyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















