Icma.az
close
up
RU
Kirayə bazarında yeni dönəm: Qiymətlər stabilləşəcək, yoxsa...

Kirayə bazarında yeni dönəm: Qiymətlər stabilləşəcək, yoxsa...

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Sentyabrın 15-dən dərslər başlayıb, tələbələr də artıq kirayə evlərə yerləşiblər. Bu müddət ərzində kirayə bazarında xeyli canlanma müşahidə olunub. İndi isə hamının ağlında bir sual var: qiymətlər düşəcək, yoxsa elə yüksək qalacaq? Vətəndaşlar ümid edir ki, tələbə axını sakitləşdikcə kirayə qiymətlərində müəyyən azalma ola bilər.

Bu barədə Yenisabah.az-a açıqlama verən əmlak eksperti Ramil Qasımzadə bildirib ki, kirayə bazarında kəskin ucuzlaşma gözlənilmir:

“Hazırda kirayə qiymətlərinin kəskin şəkildə düşmə ehtimalı yoxdur. Sadəcə, indiki məbləğdə müəyyən stabilləşmə ola bilər. Çünki bəzi vətəndaşlar fürsətdən istifadə edərək qiymətləri qaldırmışdılar. Həmin evlərin qiyməti bir qədər azala bilər. Bu prosesin təxminən noyabr-dekabr aylarında baş verməsi gözlənilir. Hansı evlər ki, dəyərindən baha qiymətə təklif olunurdu, onların qiymətində təxminən 50 manatadək azalma müşahidə edilə bilər. Məsələn, faktiki dəyəri 400 manat olan, amma metroya yaxınlığına görə 450-500 manata təklif edilən evlər boş qaldıqda qiymətləri aşağı düşə bilər. Lakin kəskin ucuzlaşmanın olacağı gözlənilmir”. pizza hut

Ekspertin sözlərinə görə, hər zaman tələb təklifi üstələyir:

“Ümumilikdə qiymətlərin azalmasına və ya artmasına təsir edən əsas amillərdən biri tələb və təklifdir. Tələb nə qədər çox olarsa, qiymətlər də bir o qədər yüksəlir. Təklif artdıqda isə müəyyən ucuzlaşma mümkündür. Zamanla görürük ki, tələb hər zaman təklifi üstələyir. Kirayə evlərə əsas tələbat adətən sentyabr və ikinci yarımilin başlaması ilə bağlı olaraq yanvar ayında daha çox müşahidə olunur. Bu mənzillər, əsasən, 1 illik kirayələnir. May və iyun aylarında isə kirayə bazarında durğunluq yaranır. Yenitikili binalarda isə mənzil təmirdən sonra kirayə verildikdə qiymət nisbətən sərfəli olur. Həm də belə mənzillər adətən uzunmüddətli kirayələndiyi üçün müəyyən güzəştlər tətbiq edilir. Lakin ümumilikdə, yenitikili mənzillərdə qiymətlər köhnə tikililərlə müqayisədə daha yüksəkdir”.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Sentyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri