Icma.az
close
up
RU
Kirayə mənzil bazarında qiymətlər heyrətləndirdi

Kirayə mənzil bazarında qiymətlər heyrətləndirdi

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə rayonlardan Bakıya təhsil almağa gələn tələbələrin əsas problemlərindən biri də kirayə mənzil tapmaqdır. Universitetə qəbul olunan tələbə üçün təhsil xərcləri ilə yanaşı, yaşayış və kirayə haqqı da ciddi maliyyə yükünə çevrilir.

Kirayə mənzil bazarında isə tələbələr üçün vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi bildirilir.

“Yeni Sabah” bildirir ki, Musavat.com əmlak bazarında olub, hazırkı vəziyyətlə maraqlanıb. Əmlak bazarında çalışan maklerlər deyirlər ki, ev sahiblərinin bir qismi oğlan tələbələrə mənzil vermək istəmir. Səbəb kimi isə əvvəlki kirayəçilərlə bağlı yaşanan problemləri göstərirlər. Sezar pizza

Dəllal: “Oğlan üçün tapmaq bir az çətindir, açığını desəm”. Söhbət zamanı “makler” bunun səbəbini də açıqlayır. Onun sözlərinə görə, bəzi ev sahibləri oğlan tələbələrin mənzildə siqaret çəkməsindən, spirtli içki qəbul etməsindən və digər problemlərdən narahatdır.

Yəni problem təkcə qiymətlə bağlı deyil. Tələbənin oğlan və ya qız olması belə onun kirayə ev tapmaq imkanına təsir edir.

Qiymətlərlə maraqlanırıq. Dəllalın sözlərinə görə, hazırda metroya yaxın ərazidə ikiotaqlı mənzillərə 600 manat civarında qiymət qoyulur.

“İki otaq var, 600 manata”, deyir. Söhbətdə sözügedən mənzilin metronun “Neftçilər” stansiyasına yaxın, Rüstəm Rüstəmov küçəsində, “Nazlı” sarayın yaxınlığında yerləşdiyi bildirilir.

Daha münasib variant axtaran tələbələr üçün isə ev yiyəsi ilə qalmaq variantı təklif olunur. Bu halda tələbə ayrıca mənzil kirayələmir, ev sahibinin yaşadığı evdə otaq kirayələyir.  “Xozeyka” ilə 200 manatdır. Evdə daha iki tələbə də olacaq”.

Bəs niyə kirayə qiymətləri bu qədər yüksəkdir?

Əmlakçının fikrincə, burada yalnız kirayə bazarındakı tələb və təklif deyil, mənzillərin satış qiymətlərinin artması da rol oynayır. Onun sözlərinə görə, mənzil sahibi evi baha qiymətə alıbsa, onu çox aşağı kirayə haqqına vermək istəmir: “Ev yiyəsi 190 min manat verib o 2 otağa. Ona görə də bu cür baha qiymətə kirayə verirlər”.

Əmlakçı həmçinin bəzi mənzillərin ipoteka ilə alındığını və sahiblərin aylıq ödənişlərini qarşılamaq üçün mənzili kirayəyə verdiklərini qeyd edir:

Beləliklə, yeni tədris ili ərəfəsində Bakıda kirayə mənzil bazarında tələbələr üçün iki əsas problem ön plana çıxır: yüksək qiymətlər və mənzil tapmaqda çətinlik. Xüsusilə oğlan tələbələrin qarşılaşdığı problem isə daha fərqlidir. Eyni büdcəyə ev axtaran qız tələbə ilə oğlan tələbənin seçim imkanları heç də eyni deyil.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bizimlə söhbətdə deyib ki, hazırda qiymət artımı və tələbat daha çox paytaxtın Yasamal rayonunda baş verir:  “Çünki ali təhsil müəssisələrinin böyük hissəsi Yasamal rayonunda yerləşir və təkcə Yasamal rayonunda 4 metro stansiyası mövcuddur. Metrostansiyalarının çoxunun bu rayonda olması, bir çox dövlət qurumlarının, nazirliklərin və ali təhsil müəssisələrinin burada yerləşməsi səbəbindən daim tələbat və qiymət artımı daha çox bu rayonda baş verir. Müxtəlif ərazilərdə də qiymət artımları baş verir. Ənənəvi olaraq, avqust-sentyabr aylarında kirayə mənzillərə tələbat artır və qiymət artımı müşahidə olunur. Bu il qiymət artımının əvvəlki illərlə müqayisədə daha çox olması labüddür. Bunun əsas səbəblərindən biri Bakıda aparılan söküntülərdir. Köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsi, bəzi ərazilərin dövlət ehtiyacları üçün alınması mənzil fondunun azalmasına gətirib çıxarır. Dövlət ehtiyacları üçün ərazi alındığı və binalar söküldüyü zaman həmin ərazidə yeni binalar inşa olunmur. Parklar salınır və bir çox ərazilər müxtəlif infrastrukturlar üçün istifadə olunur. Bu da artıq mənzil fondunun azalmasına gətirib çıxarır. Xüsusən də sökülən bu tip əmlaklarda, çoxmənzilli yaşayış binalarında və yaşayış məntəqələrində olan mənzillərin kirayə qiymətləri yeni binalardakı mənzillərdən daha ucuzdur. Digər tərəfdən, aparılan söküntülərdə artıq köhnə binalar sökülərək onların yerində yeni binalar inşa olunduqca, yeni binalardakı mənzillərin kirayə qiymətləri köhnə binalardan orta hesabla iki dəfəyə qədər daha baha qiymətə təklif olunur".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Sentyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri