Icma.az
close
up
RU
Kirayə ev axtaranların nəzərinə: BAHALAŞACAQ KONKRET

Kirayə ev axtaranların nəzərinə: BAHALAŞACAQ KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Yaxın gələcəkdə daşınmaz əmlak, xüsusilə kirayə mənzil bazarında mütəmadi qiymət artımının şahidi olacağıq”.

KONKRET.az bildirir ki, bu sözləri Lent.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev söyləyib.

Bəllidir ki, bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusilə də paytaxt Bakıda kirayə mənzillər bahalaşıb. Nəinki aylıq, hətta günlük kirayəsi 400-500 manata olan evlər də az deyil. Bəs kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?

Elnur Fərzəliyevin mövzu barədə fikirlərini sizə təqdim edirik:

“Artıq uzun illərdir ki, ölkənin böyük şəhərlərində, xüsusən paytaxtda yerləşən daşınmaz əmlakların həm satış, həm də kirayə qiymətlərində artım müşahidə olunur. Mənzillərin və ya digər əmlakların kirayə qiyməti onun satış dəyərinin 0,5 nisbəti ilə ölçülür. Yəni, bir əmlakın satış qiyməti ortalama 100 min manatdırsa, onun aylıq kirayə qiyməti 500 manat civarında olur. Təxminən 5-6 il bundan əvvəl Bakının mərkəzə yaxın ərazilərində 1 otaqlı ən ucuz xruşşovka layihəli mənzillərin satış qiyməti 60-70 min manat idisə, kirayəsi 300-350 manata başa gəlirdi. Hazırda isə metrostansiyalara yaxın ərazidə yerləşən 1 otaqlı xruşşovka layihəli mənzillərin qiyməti 90-115 min manat arasında dəyişir. Bu səbəbdən həmin mənzillərin kirayə qiymətində də ciddi artımlar müşahidə olunur. Yalnız 1 otaqlılar deyil, bütün mənzillərin satış qiymətindəki artım birmənalı olaraq onların kirayə qiymətinə də təsir göstərir”.

Onun sözlərinə görə, 2016-cı ildən başlayaraq paytaxt ərazisində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan həm köhnə çoxmənzilli yaşayış binaları, həm də fərdi yaşayış massivləri sökülərək yeni tikililərlə əvəzlənir:

“Hər hansı yaşayış massivi və ya çoxmənzilli bina sökülərkən həmin ərazidəki kirayəlik mənzillər əmlak bazarına çıxarılır. Sökülən yaşayış binalarının sakinləri yeni tikililər ərsəyə gələnədək – təxminən 2-3 il müddətinə məcburi olaraq kirayə ev tuturlar.
Həmin yeni tikililərdə isə mənzillərin kirayə qiymətləri köhnə binalara nisbətdə təqribən iki dəfə çox olur. Çünki yeni tikili binalarda satış qiymətindən əlavə, kommunal xərclər də çox olur”.

2040-cı ilədək paytaxt Bakının təsdiq olunmuş baş planındakı kimi görünəcəyini bildirən ekspert Bakı ərazisində sökülən xeyli sayda fərdi yaşayış evləri və köhnə çoxmənzilli binaların bəzilərinin yeni tikili binalarla, digərlərinin isə dövlət ehtiyacı üçün müəyyən infrastrukturlarla istifadə olunacağını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2024 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri